Flakonlar, tübiklər- dərisinin gözəlliyini və sağlamlığını qorumaq istəyən müasir qadının adət etdiyi xəzinəsidir. Amma intim gigiyena vasitələri hər qadında yoxdur.

Qadınlar üçün intim gigiyena


Problemin mənbəyi

Sağlam qadının uşaqlıq yolunun mikroflorasında laktobakteriyalar (95-98%) çoxluq təşkil etməlidir- qoruyucu baryerin formalaşmasında iştirak edən faydalı mikroorqanizmlər. Laktobakteriyaların həyat fəaliyyəti üçün əsas “ərzaq” süd turşusudur. Onun miqdarı pH səviyyəsini (turşu-qələvi balansı) müəyyən edir və 3,5-4,5 diapazonunda enib-qalxır. pH-ın bu miqdarı patogen mikrobların artmamasına və zərər verməməsinə, həmçinin xarici cinsiyyət orqanından uşaqlıq yoluna daxil olan bakteriyaların zərərsizləşdirilməsinə səbəb olur. Mikrofloranın qalan 2-5% tərkibi patogen mikroorqanizmlərin payına düşür-stafilokokk, streptokokk, Candida göbələyi və s. Onlar az miqdarda olduqda sağlamlığa neqativ təsir göstərmir, amma müəyyən olunmuş şəraitdə zərər verə bilər. Turşu-qələvi balansı pozulması uşaqlıq yolundakı və xarici cinsiyyət orqanının selikli qişasındakı laktobakteriyaların hissə-hissə və ya tam məhvinə gətirib çıxarır. Amma patogen mikrofloranın nümayəndələri əksinə, belə şəraitdə özünü rahat hiss edir və boşalan yeri dolduraraq çoxalır. Məhz onlar uşaqlıq yolunun disbakteriozunu (bakterial vaginoz) və hətta iltihabı (və ya vulvovaginit) əmələ gətirir. Axıntı, xoşagəlməz qoxu, qşıntı və ya qıcıqlanma prosesin başlanmasından xəbər verir. Bəzən isə bu əlamətlər müşahidə olunmur və qadın elə bilir ki, sağlamdır. Əgər müalicə gecikərsə, bu, uşaqlıq, yumurtalıq və uşaqlıq borusunda infeksiyanın yayılmasına gətirib çıxara bilər.

Qadınlar üçün intim gigiyena


Problemin mənbəyi

Turşu-qələvi balansı müxtəlif səbəblərdən pozula bilər, məsələn, hormonal dəyişiklik. Menstruasiya dövründə yumurtalıqların cinsiyyət horminlarının istehsalı kəskin aşağı düşür. Uşaqlıq yolunun selikli qişası nazikləşir, hüceyrələrdə qlikogenin (laktobakteriyaların qidalandığı maddə) miqdarı azalır. Qidalanma azlığı onların məhvinə səbəb olur. Və bu da turşu-qələvi balansını dəyişir: maksimal çox axıntı olan günlərdə bir çox qadında pH 6-7 göstəriciyədək artır. Bu da şərti patogen mikrobların əmələ gəlməsi və tez bir zamanda artması üçün yaxşı şəraitdir. Çünki qan onlar üçün qidalandıcı rolunu oynayır. Qadınların çoxu mensruasiya dövründə və ya ondan sonra qaşıntı, qıcıqlanma, axıntıdan şikayətlənirlər. Nəticə aydındır-menstruasiya dövründə qadının əlavə müdafiəyə və turşu-qələvi balansını qorumağa ehtiyacı var, xüsusilə hamiləlik dönəmində və doğuşun ilk həftələrində.

Qadınlar üçün intim gigiyena


Xarici təsir

Turşu-qələvi balansı təkcə “daxili” səbəblərdən dəyişmir. Məsələn, bu, intim yaxınlıq zamanı və ya ondan sonra da baş verə bilər. Çünki kişinin sperması qələvi reaksiyaya malikdir. pH səviyyəsinin dəyişməsinə idmanla məşğul olma da səbəb olur. Əgər siz hovuzda üzürsünüzsə, xlorlu su uşaqlıq yolu ilə əlaqəyə girir, baxmayaraq ki, xarici cinsiyyət orqanı girişin qarşısını alır. Nəticədə turşu-qələvi balansı müvəqqəti pozulur. Fitnes zalda da eyni “sürpriz” gözləyir: məşqlər qan dövranının, piy və tər vəzilərinin artması ilə müşayiət olunur. Bundan başqa,dar alt paltarı və geyim bu nahiyədə temperaturun artmasına səbəb olur. Bütün bunlar patogen mikrobların artması və turşu-qələvi balansının pozulması ilə nəticələnir. Əlbəttə, demək olmaz ki, qadına idmanla məşğul olmaz zərərdir. Əksinə… Deyilənlər bir daha xatırladır ki, “delikat sahəyə” xüsusi qulluq lazımdır.
Faydalı məsləhət

Qadınlar üçün intim gigiyena


*
İntim təmizlənməni gündə 2 dəfədən çox olmayaraq həyata keçirmək lazımdır.

Qadınlar üçün intim gigiyena


*
Şırınqa ilə yumaq məsləhət deyil, çünki o, faydalı laktobakteriyaların məhvinə səbəb olur.

Qadınlar üçün intim gigiyena


*
Yuyunma zamanı əl öndən arxaya doğru hərəkət etdirilməlidir.

Qadınlar üçün intim gigiyena


*
Yuyunmadan sonra nəmi silmək lazım deyil, nazik örtüyü zədələməmək üçün ehmalca qurulamaq məsləhətdir.

Qadınlar üçün intim gigiyena


*
İntim qulluq üçün xüsusi vasitələrdən istifadə edin. Hər bir qadın üçün təkcə gözəllik deyil, rahatlıq da önəmlidir. Delikat sahəyə delikat qulluq lazımdır.
Düzgün qulluq-əsl incəsənətdir. Buna nə qədər çox vaxt ayırsanız, orqanizm özündə bir o qədər tez biruzə verəcək, gözləriniz parıldayacaq, işləriniz əla gedəcək!
Həkim-ginekoloqlar strinq-tuman geyməyi məsləhət görmür, çünki onlar incə dərini zədələyir və qıcıqlandırır, eyni zamanda infeksiya və göbələyin yayılma riskini artırır.

Qadınlar üçün intim gigiyena


Sabuna yox!

Ginekoloqlar intim-gigiyenada sabunu qadağan edir.

pH səviyyəsinin dəyişməsinə səbəb intim gigiyenada sərt sabundan istifadədir. Bu prosedur gündəlik təkrarlanır. İstənilən sərt sabun, eyni zamanda uşaq sabunu da qələvi reaksiyaya malikdir. Hətta sabun köpüyünün xarici cinsiyyət orqanına bir dəfə vurulması turşu-qələvi balansınınmüvəqqəti dəyişməsinə səbəb olur. Əvvəlcə pH-ın qələvi istiqamətə dəyişməsi xarici cinsiyyət orqanında, sonra isə uşaqlıq yolunda baş verir. Laktobakteriyaların yaşaması üçün əlverişsiz şərait yaranır. Həkim-ginekoloqlar intim gigiyena üçün sabundan istifadə qəti surətdə məsləhət görmürlər. Sabunun tərkibinə aqresiv yuyucu komponentlər daxildir. Onlar axıntını, piy və tər vəzilərini yaxşı yuyub aparır, amma təəssüf ki, xarici cinsiyyət orqanı dərisini qurudur və bu da qıcıqlanma əmələ gətirir. İntim gigiyena üçün daha delikat vasitə yumşaq yuyucu komponentlərə sahib olandır. Sual yaranır ki, onlar təbii müdafiə mexanizminin qorunmasına kömək olur? Əlbəttə yox. Yaxşısı budur ki, intim gigiyena üçün tərkibində süd turşusu olan yumşaq yuyucu komponentli vasitədən istifadə edəsiniz. Belə vasitə intim sahənin dərisini və selikli qişanı qoruyur, təmizləyir, təravətləndirir. Məhz belə vasitə patogen mikrofloranın məhvinə şərait yaradır və xaricdən infeksiyanın daxil olmasının qarşısını alır.


[/hide]

Əvvəlki məqaləHeç bir əziyyət çəkmədən arıqlamağın sirri açıldı
Növbəti məqalədəİmpotensiya