Heç bir əziyyət çəkmədən arıqlamağın sirri açıldı

Mütəxəssislər müəyyən ediblər ki, qidanı diqqətlə çeynəmək vərdişi kalorinin müsbət mənimsənilməsinə kömək edir. Əgər hər bir tikə 30 saniyə çeynənərsə, bu, çəkinin itirilməsi ilə nəticələnər. Trend-in məlumatına görə, bu barədə “FederalPress.Vorld Nyus” xəbər verir.
 
Məlumata görə, yeməyi daha çox çeynəyən adamlar az yeyir və şam yeməyindən asanlıqla imtina edə bilirlər. Bu fakt aparılan təcrübə zamanı müəyyən edilib. Belə ki, təcrübə iştirakçıları üç qrupa bölünüb. Birinci qrup yeməyi adət etdiyi rejimdə, ikinci qrup on saniyə ərzində çeynəyib, üçüncü qrup isə növbəti tikəni udduqdan sonra 30 saniyə fasilə verib. Məlum olub ki, qidanı yarım dəqiqə çeynəyənlər axşam aclıq hiss etməyiblər.
 
Alimlər, həmçinin diqqətlə çeynəmə zamanı insanın əlavə kaloriləri itirdiyini də öyrəniblər. Lakin onu da qeyd etmək lazımdır ki, belə rejimdə qidalanma zamanı dadbilmə hissiyyatı xeyli kütləşir.
 
Yeri gəlmişkən, bu yaxınlarda aparılan araşdırma hansı etalonun ideala yaxın olduğunu müəyyənləşdirib. Belə ki, etalon qadınların boyu 170 santimetr, çəkisi isə 77 kiloqram olmalıdır. Diqqətəlayiq haldır ki, boy və çəki arasındakı bu nisbətə sağlam həyat tərzi keçirmək və tam şəkildə qidalanmaqla nail olmaq mümkündür.

 

Əvvəlki məqaləUşağın iştahası yoxsa nə etməli?
Növbəti məqalədəQadınlar üçün intim gigiyena