Mətbəxdəki üç möcüzə

Salat hazırlamaq üçün istifadə etdiyimiz kahı, turp və kök həyatımıza yalnız ləzzət yox,sağlamlıq da qatır.

Kahı

Kahı yamyaşıl görünüşü ilə görənin iştahını açar. Yuxu problemi çəkənlər, sinir-stress problemi olanlar kahını seçməlidir. Ac qarına istifadə edildiyində toxluq hissi verdiyi üçün pəhriz edənlər tərəfindən seçim edilə bilər. Qadınların regl dövrünün daha rahat keçməsini təmin etdiyindən bu dövrdə bol miqdarda istifadə edilə bilər.

Turp

Xərçəngə qarşı qoruyucu xüsusiyyəti ilə bilinən turp ürək sağlamlığını gücləndirir və immunitet sistemini dəstəkləyir. Qaraciyərə də xeyiri olduğu bilinən turp salatların qırmızı rəngli qonağıdır. Bol limon və zeytun yağı qarışdırıldıqda daha da ləzzət qazanar. Turp təzə olaraq da duzlanaraq yeyilə bilər.

Kök

Kök hər kəsin bildiyi kimi A vitamini anbarıdır. Uşaqlığımızda gözlərə yaxşı gəldiyi səbəbi ilə bol-bol yedirilən kök,əslində,hələ bir çox mövzuda da faydalıdır. Qadınlarda bol kök istifadə etmək menopozdan sonra sinə xərçənginə tutulma riskini 20% azaldır. Qaynadılaraq içildiyində isə ürək bulanması və qusmaya yaxşı təsir edir.

Əvvəlki məqaləUşaqlarımızın tez danışması üçün nə etməliyik?
Növbəti məqalədəCipsilər, qarğıdalı çöpləri, suxariklər uşaq bədənini zəhərləyir