Ana və ataların körpələriylə oynadığı oyunlar və ya aldıqları oyuncaqlar körpənin danışma müddətinə birbaşa təsir edir. Televiziya seyr etməyin və kompyuter oyunlarının ilk 3 yaş uşaq dil inkişafına mənfi təsirləri olduğunu ifadə edən Anadolu Sağlamlıq Mərkəzi Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Sevinc Karaaslan Bıyıklı, valideynlərə uşaqlara nitq inkişafı üçün onlarla  mahnı söyləmələrini, şer və tapmaca oyunu oynamalarını və oyuncaq heyvanları danışdırmaq kimi üsulları təklif edir.
Kompyuter və internet əsrində dünyaya gələn  uşaqlar texnologiyanın faydaları qədər zərərlərini də görür. Belə uşaqlar texnologiyanın təqdim etdiyi imkanlarla sərhəd tanımaz bir şəkildə dünyanı kəşf etsə də xüsusilə 3 yaşına qədər uşaqlarda televiziya izləmək, kompyuter oyunları oynamaq dil inkişafına mənfi təsir edir. Ənənəvi oyunların az qala unudulduğunu söyləyən Anadolu Sağlamlıq Mərkəzi Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Sevinc Karaaslan Bıyıklı, uşaqlarda dil inkişafının 2-5 yaş arası dövrdə olduğunu ifadə edərək, dil inkişafında rol oynayan faktorlardan zəkanın, eşitmə və vizual görüntünün normal olmasıyla yanaşı uşağın yaşadığı ətraf mühit və sosial-iqtisadi şərtləridə əsas olaraq sıralayır.
Valideynlərin erkən dövrdən etibarən körpə ilə  maraqlanması, danışması, söylədiklərini mimikalarla izah etmələri ilə körpəni təqlid edərək  onun dili öyrənməyə başladığını ifadə edən Dos. Dr. Bığlı, xüsusilə ana tərəfindən təqdim edilən şifahi danışıqların dil inkişafını müsbət istiqamətdə dəstəklədiyini söyləyir.
Dos. Dr. Bığlı, uşaqla danışmaq, oyun oynamaq, kitab oxumaq dil inkişafı üçün çox əhəmiyyətlidir deyərək, “Yataq otağıda uşaq ilə danışmalı, uşağı dinlədiyini müəyyən etməlidir. Uşaq səslərə cavab verdiyində cesarətləndirilməli, bundan təsirlənərək  müsbət reaksiya verməlidir. Beləcə uşaq öyrənməyə, sınağa təşviq edilmiş olar. Çox sıxlıq və səs-küy olmayan yerlərdə oyun oynamaq, səslər çıxarmaq daha uyğundur “deyə söyləyir.

Hansı oyun ya da oyuncaq dil inkişafına faydalıdır?
Mahnı oxumaq
Tapmacalar söyləmək
Oyuncaq telefon, mikrofon kimi danışma və mahnı oxuya biləcəkləri oyuncaqlar
Birlikdə edilən fəaliyyətlərin izah edilməsi
Sayı saymaq (1-10-a qədər)
 Şəkilli kitab oxumaq, izah etmək,və eyni vaxtda bu haqda suallar soruşmaq.Mes: İt harada? Almanı göstərə bilərsənmi? və s.
Oyuncaq heyvanları ya da kuklaları danışdırmaq
Televiziya və kompyuter oyunları niyə zərərlidir? 
Uşağın dil inkişafına mənfi təsir edər
İctimai ünsiyyət bacarıqlarının inkişaf etməsinin qarşısını alar
Həssas vəziyyətində mənfi təsirlənmə olar (qorxu, qayğı, tündxasiyyətlik kimi)
Beyin inkişafına mənfi təsir edər-diqqət əskikliyi, öyrənmə çətinliyi, oxumağa istəksizlik kimi problemlər inkişaf edə bilər
 Görmə problemləri, qamət pozuqluqları, hərəkətsizlik və buna bağlı köklü problemləri ortaya çıxa bilər .
 
 
Əvvəlki məqaləHər gün bir kasa üzümün faydaları
Növbəti məqalədəMətbəxdəki üç möcüzə