İmpotensiya

 

Kişinin cinsi aktları həyata keçirə bilmədiyi xəstəlik impotensiya adlanır. Əgər penis uşaqlıq yoluna daxil olacaq qədər möhkəm deyilsə, bu kateqoriyadan olan impotensiya erektil (erectile) disfunksiya adlanır. Belə disfunksiyanın digər kateqoriyası eyakulyator (ejaculatory) adlanır. Bu halda penisin uşaqlıq yoluna daxil edilməsi mümkündür, amma toxum axıtma (orqazm) baş tutmur.

 

İmpotensiya

Orqanik (orqanic) xarakterli impotensiyanın səbəblərimüəyyən xəstəliklərlə şərtləşən , məsələn, diabet, yaxud prostatit ola bilər

Orqanik faktorlar səbəbindən əmələ gələn impotensiya ereksiya qabiliyyətinin getdikcə daha çox itməsi və keyfiyyətinin aşağı düşməsini əks etdirir. Bu halda spontan ereksiya səhər və gecə saatlarında tamamilə yox olur.

Psixogen (psychogenic)xarakter daşıyan səbəblər psixo-emosional pozuntular nəticəsində əmələ gəlir. Xəstəliyin bu ağır növü insanın keçmişdə keşirdiyi güclü psixoloji travmalardan törəyir. Bu xarakterli xəstəlik zamanı ereksiya qalır. Ereksiyanın törənməsi vizual stimulyasiya, erotik mövzuda fantaziyaların köməyi ilə mümkündür. Amma bu halda normal fəaliyyət pozulur.

 

İmpotensiya

Psixogen və orqanik impotensiya hansı xüsusiyyətlərə malikdir?

Diabet diaqnozu qoyulmuş insanların 50%-i impotentdir. Bəzi həkimlər göstərilən xəstəliyə olduqca spesifik yanaşırlar. Bu isə öz növbəsində, impotensiya xəstəliyinə tutulmuşların “intim” problemləri haqqında danışmaqdan boyun qaçırmasını daha da gücləndirir. Amma əgər impotensiya problemi hamıya məlum olsa və utanmadan , açıq surətdə müzakirə edilsə, həyat səviyyəsi, o cümlədən tənasül əhəmiyyətli dərəcədə yüksələr. Hazırda kişilərdə cinsi funksiyalar və disfunksiyalar haqqında məlumatlar kütləvi xarakter almışdır. İmpotensiyanın müalicə üsulları getdikcə daha da çoxalır. Hər bir kişi vaxtaşırı seksual problemlərlə üzləşir, amma yalnız 75% cinsi aktlar uğursuz olduğu hallarda “impotensiya” diaqnozundan söhbət gedə bilər.

 

İmpotensiya

İmpotensiyanın əlamətləri və diaqnostikası.

Xəstəliyin mərhələli gedişatı orqanik impotensiya üçün xarakterikdir. Əvvəlcə ereksiya azalmağa başlayır, sonra natamam olur, sonda-ümumiyyətlə, mümkünsüz vəziyyətalınır.

Təbii ki, impotensiya kişilərin həyat fəaliyyətinə çox təsir göstərir, bundan kişinin mənliyi, şərəfi və şəxsiyyəti əzab çəkir, nevrozluq və konfliktlik yaranır. Axı əksər hallarda libido (qarşı cinsə istək) fəal olur. Orqanik impotensiyanın əmələ gəlməsi və inkişafına şərait yaradan səbəblərə hormonal sistemin işində pozuntuları (prolaktin, qonadotropin, həmçinin testosteronunzərdab səviyyəsinin ölçülməsi lazımdır), diabetin qeyri münasib terapiyası, penisin quruluşunda anomaliyalar, hər növ zöhrəvi xəstəlikləri aid etmək olar. Göstərilən səbəblər müəyyən edilməli və korreksiya üsulları seçilməlidir.

Əgər kişi nəticənin uğursuz alınacağından qorxursa, özünə, daha doğrusu, özünün tənasül imkanlarına arxayın deyilsə, bu halda impotensiya elə bu fobiyaların fonunda da yarana bilər. Burada psixogen impotensiya ehtimalı olmamalıdır, amma o varsa pasiyent androloq, yaxud seksopatoloqa müraciət etməlidir.

Bu gün “kişi problemləri” ilə məşğul olan mütəxəssislər “erektil disfunksiya” terminindən istifadə edirlər. 1992-ci ildə dünya uroloqları razılığa gəlirlər ki, erektil disfunksiya termini – cinsiyyət üzvünün adekvat ereksiyaya nail olmaq, yaxud onu saxlamaq qabiliyyətinin olmaması mənasında qəbul edilsin. Təəssüf ki, müasir dövrdə erektil disfunksiya geniş yayılmaqdadır.

 

İmpotensiyaya (“erektil disfunksiya”)- 35-40 yaşlarında kişilərin 40%-də rast gəlinir. Bir çox kişilər göstərilən problemlə əlaqədar uroloqa müraciət etməyə utanır, halbu ki, cinsi akt zamanı ereksiyanın zəif olması, yaxud tamamilə itməsinin özü artıq həkim müayinəsindən keçməyin zəruri olduğunu göstərir. Kişilərin impotensiya ilə əlaqədar mütəxəssisə müraciət etmək istəməmələri dünya uroloqları üçün ən böyük problemdir. Ölkəmizdə şəxsi problemlərlə bağlı həkimlərə müraciət etməmək xüsusilə aktualdır. Buna baxmayaraq müasir təbabət belə xəstələrə kömək etmək üçün böyük ehtiyat vasitəsinə malikdir. Orqanizmin funksiyalarının normallaşdırılması və yaxşılaşdırılmasına yönəlmiş istənilən tədbir erektil funksiyanın bərpa edilməsi üçün vasitə ola bilər. Odur ki, digər terapiya tədbirləri ilə kompleksdə fizioterapiya, maqnit terapiya və lazer terapiyası da tətbiq edilir.

Erektil disfunksiyanı yaradan səbəblər:

1. sidik-tənasül sistemi və kiçik çanaq orqanlarının (prostatit, orxoepididimit, sistid və s.) iltihabi xəstəlikləri

2. erektil mexanizmi damarlarında qeyri-qənaətbəxş arterial qan dövranı

3. diabet

4. onurğa sütununun müxtəlif travmaları

5. cinsiyyət üzvünün travmaları

6. kiçik çanaq orqanlarında keçirilmiş əməliyyatlar

7. dərman preparatlarının qəbulu

8. depressiyalar, streslər

Yəni impotensiya nevroloji, endokrin, damar, dərman və yerli səbəblərdən də yarana bilər və bütün bunlar erektil disfunksiyanın orqanik formasıdır. Orqanik xarakterli ereksiya problemlərinə, demək olar, hər zaman psixoloji an əlavə olunur və həmin an hətta xəstəliyin əsas səbəbi aradan qalxdıqdan sonra belə keçib getmir.

 

İmpotensiya

İmpotensiyadan necə qaçmalı?

Erektil disfunksiyanın inkişafından qurtulmaq üçün tələb olunur:

1. sağlam həyat tərzi keçirmək, düzgün və müntəzəm qidalanmaq, idmanla məşğul olmaq, öz səhhətinin qayğısına qalmaq

2. siqaret çəkməmək, alkoqoldan hədsiz istifadə etməmək, narkotik preparatlar qəbul etməmək

3. ereksiyanın pozulmasına səbəb olan dərman vasitələrindən istifadə etməmək, yaxud onlardan yalnız həkim təyinatından sonra və istifadə təlimatlarına uyğun şəkildə yararlanmaq

4. əgər kiçik çanaq nahiyyəsində, aralıq sahəsində travmalar almısınızsa, yaxud əməliyyat olunmusunuzsa mütləq uroloqa müraciət edin.

Əvvəlki məqaləQadınlar üçün intim gigiyena
Növbəti məqalədəQırışların qarşısını almaq üçün…