sağlamlıq

Soyuqdəyməsi olan insanlar qidalanmasına daha diqqətli yanaşmalı və bəzi məhsulları rasiondan təcili şəkildə çıxarmalıdır.

Turşular

Salamura yiyecekler

Turşular ləzzətli olsa da, xəstələnəndə onlardan uzaq durmalısınız.

Çiyələk

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Çiyələyin soyuqdəymə zamanı faydalı olacağını düşünə bilərsiniz, təəssüf ki, belə deyil. Çiyələk burun və sinuslarınıza narahatlıq yarada biləcək yüksək səviyyədə histamin ifrazına səbəb olur.

Rəfinə edilmiş qidalar

İşlenmiş gıdalar

Bütün işlənmiş qidalar zərərli və ya uğursuz seçimdir. Ancaq bunların arasında çox miqdarda duz, şəkər və yağ ehtiva edənlər daha təhlükəlidir. Tərkibindəki maddələr bədəndə iltihaba səbəb ola bildiyi üçün sağalma prosesini ləngidir. Bu səbəblə sağalana qədər duzlu qəlyanaltılar, kolbasa və bütün işlənmiş ət məhsullarından uzaq olmaq faydalıdır.

Şəkər

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Şəkər immun sisteminin xəstəliklə mübarizə qabiliyyətini müvəqqəti olaraq poza bilər. Odur ki, pisləşməmək üçün şirniyyat istəklərinizi nəzarət altında saxlamağa çalışın.

Qızartmalar

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Öskürək və ya boğaz ağrısı varsa, çubuq, çipsi və smit kimi xırtıldayan məhsullar ağrını şiddətləndirə bilər.

Düzgün qidalar immun sisteminizi gücləndirməyə və simptomları tez bir zamanda aradan qaldırmağa kömək edə bilər.

Toyuq şorbası

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Tədqiqatlar göstərir ki, toyuq şorbası soyuqdəyməyə müalicəvi və iltihabönləyici təsir göstərir.

Acı bibər

Acı biber

Çili bibəri soyuqdəymə simptomlarını yüngülləşdirə bilən kapsaisin ehtiva edir. Kapsaisin bəlğəmgətirici təsirə malikdir. Seliyi parçalaya bildiyi üçün öskürəyi rahatlaşdıra bilir.

Zəncəfil

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Bir stəkan isti zəncəfil çayı soyuqdəyməyə qarşı effektiv vasitədir. Bu güclü ədviyyat virusla mübarizə aparmağa kömək edən ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Zəncəfil öskürəyi yatırır və boğazı sakitləşdirir.

Zoğal

Soyuqdəymə zamanı bunları YEMƏYİN

Zoğal C vitamini və immunitetinizi dəstəkləyəcək quersetin adlı antioksidantla zəngindir. Florida Universitetində aparılan araşdırmanın nəticələrinə görə, zoğal suyu qəbul edənlər soyuqdəyməni daha yüngül keçirir. Odur ki, tez-tez zoğal çayı için.

Əvvəlki məqaləİnsanın gözünə əsasən ölümü təxmin edilə bilər
Növbəti məqalədəArıqlamaq istəyənlər üçün tünd şokoladın 3 FAYDASI