Sizə aid kiçik dünyanızda balans yaratmaq üçün özünüzə vaxt ayırmalısınız. Yəqin düşünürsünüz ki, bu, o qədər də ağlabatan fikir deyil. Amma hər zaman xəyal etdiyiniz, başqa qadınlarda görüb arzuladığınız sağlam və xoşbəxt həyata sahib olmaq mümkündür. Bunun üçün biz sizə sağlam və xoşbəxt qadınların 10 sirrini təqdim edirik.

Sağlam və xoşbəxt qadınların 10 sirri

Səhərləri sakit, hüzurlu şərait yaradın

5 dəqiqəlik saf bir rahatlanma bütün gününüzə müsbət təsir göstərə bilər. Dadlı səhər yeməyi, meditasiya kimi faydalı faktorlarla özünüzü mükafatlandırın.

Hərəkətli fürsətlər yaradın

Məşq etmək endorfin səviyyəsini artırır, immun sistemini gücləndirir, stresi azaldır və özünüzü daha güclü hiss etməyinizi təmin edir. İdman salonlarında vaxt keçirməyə və pul xərcləməyə imkanınız yoxdursa bunu gün ərzində hərəkətdə olmağınızla balanslaşdıra bilərsiniz.

Təbii qidalar qəbul edin

Atışdırmalıq qidalar qan şəkərini qəfildən artırır və orqanizmi təbii olmayan birləşimlərlə doldurur. Bu da qısa müddətdə acmanıza səbəb olur. Sağlamlığınız və xoşbəxtliyiniz üçün isə təbii qidalar qəbul etməyə ehtiyacınız var.

Su için

Halsız və yorğun olduğunuzda kafeinli və şəkərli içkilər içməkdənsə su içmək daha yaxşıdır.

Bədəniniz sizinlə danışır, ona qulaq asın

Doyduğunuz zaman çəngəli, qaşığı qoyun kənara, rahatlanmaya ehtiyacınız varsa yoqa ilə məşğul olun və əgər mədənizdə yeriniz olmadığını hiss edirsinizə üçüncü kokteyli içməyin. Əgər diqqətli olub orqanizminizə qulaq versəniz görəcəksiniz ki, doğurdan da, o sizinlə danışır və bütün bunları sizə çatdırır.

Tərəvəzləri fərqli sevgilə sevin

Tərəvəzləri məcbur olduğunuz üçün deyil, orqanizminiz onları istədiyi üçün yeyin.

Məşqlərə və sağlamlığınıza yatırım edin

Tibbi yardım almaq üçün hansısa problemin yaranmağını gözləməyin. Həkim yoxlanışlarına vaxtlı-vaxtında gedin.

Minnətdar olmağı unutmayın

İstər böyük, istərsə də kiçik – həyatın sizə bəxş etdiyi hədiyyələr üçün təşəkkür edin.

Gülümsəmək ən yaxşı dərmanınız olmalı

Tanıdıqlarınıza sevginizi, tanımadıqlarınıza isə nəzakətinizi göstərməkdən heç vaxt çəkinməyin. Bunun üçün gülümsəmək ən yaxşı köməkçiniz olmacaq.

İstirahət edin

Özünüzü yorğun hiss etdiyiniz zaman bütün işləri qoyun bir kənara və evdə özünüzə istirahət verin. Komputerinizi, telefonunuzu söndürüb rahatca yatın. Bu, sizə yaxşı təsir edəcək.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləBayramdan sonra arıqlamağın yolu – Effektli məşq üçün 6 məsləhət
Növbəti məqalədəSon vaxtların məşhur Gİ pəhrizi