Uşaqlarda köklük ciddi sağlamlıq problemlərinə səbəb olur.
Bunun ən böyük səbəbi ailələrin yanlış qidalanma vərdişləridir.
Ana bətnindəki uşağın gələcəkdəki sağlamlığı ananın qidalanma tərzindən asılıdır. Hamiləlik dövründə ana yüksək dərəcədə şirniyyat qəbul edərsə, belə uşaqlarda köklük probleminə daha çox rast gəlinir.
İlk 6 ay yalnız ana südü ilə bəslənən uşaqlarda köklük daha az müşahidə olunur. Bu zaman görülən bütün tədbirlər uşağın qidalanma tərzinin təməlini qoyur. Yaşlı nəsil uşaqların nə qədər kök olsa, bir o qədər sağlam olduğunu düşünür, lakin bu yanlış fikirdir. Adətən, valideynləri kök olan uşaqların kök olma ehtimalı daha yüksəkdir.
Uşaqların yanlış qidalanması onların hərəkətsiz qalmasına səbəb olur və bu onların kalori itirməsinin qarşısını alır. Uşaqlarda piylənmə ürək xəstəliyi ilə yanaşı bir çox xəstəliklərə də səbəb olur. Bunların qarşısını almaq üçün dieta mütəxəssislərinə müraciət etməyiniz və ya aşağıda göstərilənlərə əməl etməyiniz
məsləhət görülür.

Uşağınızın artıq çəkidən qurtulması üçün 3 əsas amil

1.
Düzgün qidalanmaq

2.
İdmanla məşğul olmaq

3.
Normal yuxu rejimi

Övladınızın düzgün qidalanması üçün kalorisi çox olan yeməkləri – fast-food, qızardılmış yeməklər, şirniyyatlar və şirin içkiləri azaltmalısınız, lakin tam qadağa qoyulmamalıdır. Hətta özünüz də onun yediklərindən yesəniz, bu onun yeməyə olan marağını artırar.
Uşağınızın idmanla məşğul olması üçün siz onu həvəsləndirməlisiniz. İdmana ayırdığınız vaxtı əyləncəli keçirsəniz uşağınızın idmanla məşğul olmaq istəyi bir o qədər artar.
Normal yuxu rejimi – hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmalıdır. Axşam tez yatıb, səhər erkən qalxmalıdır. 22:00 – 23:00 arasi yatmaq, 06:00 – 07:30 arasi oyanmaq məsləhət görülən yuxu vaxtıdır.
Uşağınızı normal çəkidə olan uşaqlarla müqayisə etməyin, bu onun psixologiyasına mənfi təsir göstərə bilər. Psixoloji sarsıntı keçirməməsi üçün heç vaxt köklüyünü üzünə vurmayın.

Əvvəlki məqaləCiddi pəhrizlər saç tökür
Növbəti məqalədəQeysəriyyə kəsiyi əməliyyatının üstünlükləri və riski