Saç tökülməsi mövsümi dəyişmələrdə  ən sıx rast gəlinən sağlamlıq problemlərindən biridir.  
Bu dövrdə edilən davamlı pəhrizlər və bu pəhrizlərin gətirib çıxardığı qansızlıq saçların güçsüzləşməsiylə bərabər, sürətlə tökülməsinə də səbəb olur. Zülalla zəngin qidaların qəbulu,siqaret və spirt istifadəsindən imtina saç sağlamlığına müsbət təsir etsə də siqaret istifadəsi saçların erkən ağarmasına gətirib çıxarır.

Saçların sağlamlığını qorumağın yolunun nizamlı və balanslı qidalanmadan keçdiyini ifadə edən Memorial Xəstəxanasından Dermatolqg Ayfer Bankaoğlu  sözlərinə belə davam etdi: “Son illərdə fast – food tərzli qidalanma vərdişlərinin artdığını görürük. Bu tərz balanssız və nizamsız qidalanma vərdişlərinin saç sağlamlığı üzərindəki zərərləri kimi hər  gün artır. Sağlam və tökülməyən saçlar istəyirsinizsə ,qida rasionunuzda zülal ,sink B 12 vitamini ,fol turşusu və mislə zəngin qidalardan  istifadə etməniz  lazımdır. Bu qidaların əskikliyi saç sağlamlığınıza mənfi istiqamətdə təsir edir.
Əvvəlki məqaləKörpələrin gecə rahat yatması üçün nələr etməli?
Növbəti məqalədəUşaqlarda köklük problemi