Körpələrin gecə rahat yatması üçün nələr etməli?

Körpələrin gecə rahat yatması üçün nələr etməli?

Gündüz körpənizlə bol-bol danışıb, oynayın. Beləcə gecə daha çox yatmasını təmin edərsiniz.
Gecə ağlayaraq qalxsa, işığı yandırmadan ona nəzarət edin.
Yatağını rahat olan yerdə hazırlayın, səhərləri günəş işığı alan bir otaq daha münasibdir.
Yuxudan bir saat əvvəl ona yaxşı bir duş qəbul etdirin.
Yuxudan dərhal əvvəl qarnını doyurun və qazını çıxardın.
Altını quru tutan bezləri seçin.
Yatağında rahat olmasına diqqət yetirin.
Səhərlər tez və həmişə eyni saatda qaldırın.
Günorta yuxusuna yatırtdığınızda, hava qaralmadan əvvəl onu oyandırın.
Axşamları eyni saatda yatırtmağa vərdiş etdirin. Musiqi dinlətməyiniz, ya da kitab oxumanız onun tez yatmasına köməkçi ola bilər.
Gecə əmizdirməsini səssiz bir mühitdə və qaranlıqda etməyə çalışın, beləcə körpəniz gündüz ilə gecənin fərqini bir az daha qavrayacaq.

 

Yaxşı bir yuxu körpənin həm fiziki, həm də zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Yeni doğulan körpələr günün təxminən 70%-ni yataraq keçirərlər. Bu yüksək nisbət, yuxunun körpənin sağlam inkişafındakı əhəmiyyətini ortaya qoyur. Nizamlı və yaxşı yuxu, körpənin sağlam inkişafında qidalanma qədər əhəmiyyətlidir. Cəmi gecə və gündüz yuxu müddəti, körpənin irəliləyən yaşlarında doğumuna nisbətən sürətlə azalar. Körpənin yuxu ehtiyacı, yetkinlərdə olduğu kimi, öz xüsusi quruluşuyla da fərqlənir (həyat yoldaşınızın və ya dostlarınızın yuxu nizamı sizinkindən necə fərqlidirsə, körpənizin yuxu nizamı da digər körpələrdən fərqli ola bilər). Məsələn altı aylıq bəzi körpələr 14-16 saat yuxuya ehtiyac duyarkən, bəzi körpələr 13 saatla kifayətlənirlər.

 

Körpələrdə qarın ağrısı və həzmsizlik, həddindən artıq tərləmə, səpişik və istilik, soyuqlama kimi səbəblər yuxusuzluq probleminin xronikiləşə bildiyi dövrləri əhatə edir.
Körpələrin gecə rahat yatması üçün nələr etməli?

Əmizdirən analar, gecələri körpəni qidalandırmadan əvvəl bir fincan çobanyastığı və ya cökə çayı içə bilərlər. Əgər körpə əmzikdən istifadə edirsə (əmzikdən), yatmazdan təxminən 20 dəqiqə əvvəl eyni bitkilərdən ibarət olan bir çay hazırlayıb (yemək qaşığı dozasında 500 ml suya, bir çay qaşığı bitki çayı) içirə bilərlər.

 

Körpələrin gecə rahat yatması üçün nələr etməli?
Körpələrin gecələr daha rahat yuxu yatması üçün körpəyə gözəl bir duş qəbul etdirmək məsləhət görülür. Ancaq burdakı duş suyu hər hansı bir su olmayacaq. Duş suyunun içərisinə bir fincan çobanyastığı çayı və ya iki damla çobanyastığı yağı əlavə edin; yağın suya kifayət qədər qarışdığından əmin olun.

 

Körpələrin gecə rahat yatması üçün nələr etməli?

 

Razyana çayı dəmləyərək körpəyə bir çay qaşığı dolusu içirilər. Razyana çayı qarın ağrılarına çox gözəl təsir edər.

 

Körpələrin gecə rahat yatması üçün nələr etməli?

 

Kiçik körpələri yüngül bir Çin masajı rahatlaşdıra bilər. Bir az çobanyastığı yağı istifadə edərək (şirin badam yağı da bir damla əlavə etmək olar), 100 dəfə qollarının ön qisimini yavaşca masaj edin.

Körpələrin gecə rahat yatması üçün nələr etməli?

Əvvəlki məqaləAğlayan körpəni sakitləşdirmənin yolları
Növbəti məqalədəCiddi pəhrizlər saç tökür