Sızanaq yaradan qidalar…

Pəhriz içkiləri.

Pəhriz içkilərin sızanağa səbəb olmasının səbəbi dərinin pH səviyyəsini salmasındadır.

Bu tərz süni içkilərdən uzaq durub, evdə təzə hazırladığımız meyvə sularını, kompotları içmək ən yaxşısıdır.

İşlənmiş qidalar.

Marketlərdə satılan qablaşdırılmış qidalar, hazır meyvə suları, pizza, hamburger və s. kimi qidalar işlənmiş qidalar sırasındadır.

İşlənmiş qidaların həzmi çətin olduğundan sağlamlığımıza xüsusilə dərimizə böyük zərər verərlər. Bu qidalar ayrıca kimyəvi maddə ehtiva etdiklərindən allergiya də edə bilərlər. Sızanağa səbəb olan yeməklərin hansılar olduğunu yəni sizə 

nəyin zərər verib, nəyin xeyirli olduğunu təcrübədən keçirərək test edə bilərsiniz. 

Ədviyyatlar.

Həddindən artıq ədviyyatlı qida qəbulu həzm sisteminə zərər verə bilər. Bu vəziyyət dəridə həzm problemlərinə və dəridə sızanaqlara gətirib çıxarar. Ədviyyatların sizə zərər verdiyini təcrübədən keçirdinizsə, ədviyyatı mətbəxinizdən uzaqlaşdırın.

Şəkər.

Yüksək şəkər qəbulu və yüksək glisemik indeksli bir pəhriz, sızanağa səbəb olan faktorlardandır. Bu cür qidalanma tərzi, sızanağa səbəb ola bilər. Şokolad və digər şəkərli qidalar qan şəkərini yüksəldib, sızanaq çıxara bilər.  Sızanaqlardan xilas olmaq üçün mümkün qədər şəkərdən uzaq durmalısınız.

Yağlar.

Kanola yağı, qarğıdalı yağı, marqarin və digər bitki mənşəli yağlar, iltihaba təşviq edən yağlardır. Əgər bu yağlarla hazırlanmış qidaları yediyinizdə, sızanaqlarınız çoxalırsa, sizə təklifimiz zeytun yağı istifadə etmənizdir.

 

Duz.

Duz dəri toxumasında şişmə və qabarıqlığa yol açıb, üzünüzdə pis bir görünüş verə bilər.  Ət, düyü, konservləşdirilmiş tərəvəz, lobya kimi qidaları yeməzdən əvvəl su ilə yaxşıca yuyun, bu yeməklərin duz nisbətlərinin azalmasını təmin edəcək.

Əvvəlki məqaləUşaqlar üçün düzgün qidalanma necə olmalıdır?
Növbəti məqalədəArtıq çəki və köklük bütün dünyaya “sunami” şəklində yayılıb