Gələcəyimiz olan uşaqlara çox böyük diqqət yetirməliyik.Aparılan araşdırmalara görə düzgün qidalanmayan məktəblilərdə dərslərdə zəifliyin olduğunu ve davranışlarının dəyişildiyini sübut ediblər.
Uşaqlarımızın qidalanmasında daha çox nələrə fikir verməliyik.
 
Təzə meyvələr və tərəvəzlər ilk öncə yuyulmalı və qurulanmalıdır.Meyvələr soyulmamalıdır mümkün olduqca qabıqlı yeyilməlidir, çünki vitamin elə qabığındadır.Yemək bişirərkən qızartmaq əvəzinə soyutma etmək, buğda bişirmək məsləhət görülür.
Ətlərin görünən yağlarını təmizləyin, toyuq və balığın dərisini çıxarın.
 
Sümüklərin sağlam və möhkəm olması üçün bunları uşaqlarınıza yedirtməniz məsləhət görülür: Süd, pendir, yoqurt, ət, toyuq, yumurta, paxlalılar, tərəvəzlər, meyvələr, çörək, makaron və düyü..
Uşaqların sümük və diş inkişafında imkan olduqca hər gün 2-3 stəkan süd və ya yoqurt yeməsi şərtdir. Xüsusilə xəstəliklərə qarşı daha güclü olmaları və sağlam inkişaf etmələri üçün hər gün 4-5 dəfə təzə meyvə və tərəvəz yemələri məsləhət görülür.
 
Məktəblilər üçün ən lazımlı olan, səhər yeməyidir. Səhər yeməyi yeyilmədiyində diqqətin azalması, yorğunluq, baş ağrıları və zehnin azalması müşahidə olunur. Hər gün səhər yeməyini yemələri üçün uşağı vaxtından bu rejimə öyrətmək lazımdır.
 
Şəkərli, duzlu, yağlı yeməklərdən az istifadə edilməlidir… Uşaqlarımızın gələcək həyat sağlamlığını təmin etmək üçün onları kiçik yaşlarından diş fırçalama və əllərin tez-tez yumağa, gigyena qaydalarına əməl etməyə öyrətməliyik.
Allah arzusunda olan hər bir ailəyə övlad qismət etsin … Bütün balalara sağlamlıqla yaşamaq diləyirəm…
 Uşaqlar üçün düzgün qidalanma necə olmalıdır?
Əvvəlki məqaləAxşam saat 6-dan sonra yemək məsləhət deyil.
Növbəti məqalədəSızanaq yaradan qidalar