Artıq çəki və köklük bütün dünyaya “sunami” şəklində yayılıbArtıq çəki və köklük bütün dünyaya “sunami” şəklində yayılıb və artıq təhlükəli bir xəstəlik halına gəlib.Bu səbəbdən hər kəs yediyinə və həyat tərzinə fikir verməlidir.Keyfiyyətsiz ,yəni dəyişdirilmiş qidalardan,oturaq və azhərəkətli həyat tərzindən,stres və qorxudan,yuxusuzluqdan uzaq durmaq lazımdır.Əks halda hipertaniya,iflic,şəkər,ürək-damar xəstəlikləri,onkoloji və artıq çəki problemləri yarana bilər.Təbii qidalardan istifadə etmək,gündə bir saat piyada gəzmək və çoxlu su içmək(2-3 litr) sağlam olmağın əsas şərtlərindəndir.Elmi təcrübələr sübut etmişdirki, yaş artdıqca çoxalan sağlamlıq problemləri genetik xüsusiyyətlərdən deyil,qidalanma və həyat tərzindən qaynaqlanır.Adətən ad günlərində,bayramlarda,toyda süfrədə müxtəlif çeşiddə təamlar olur.Bunlardan imtina isə yalnız iradəsi güclü insanlara məxsusdur.Belə xüsusi gunlərdən sonra yüklənmiş orqanizmi detoks proqramına müraciət etməklə təmizləmək olar.Yaxşı olarki,  detoks pəhrizini deotoloq nəzarəti ilə həyata keçirəsiz.Buna imkanınız yoxdursa yenə bu pəhrizdən imtina etməyin.Ancaq bir həqiqəti də unutmayın,əziz xanımlar bu pəhrizi yalnız 3 gün həyata keçirmək lazımdır.

İndi Cuci sizə bir dietik şorba resepti təqdim edir.
Unutmayın bu şorbanı yediyiniz 3 gün ərzində başqa hecnə yeyilməməlidir.
Yalnız su və ya çay tükətməlisiz.
 
BUYURUN,BU DA MƏNİM SİRRLİ KƏLƏMLİ DETOKS ŞORBAM:
Kələm -1 ədəd
Cəfəri -1 dəstə
Baş soğan -14 hissə
sarımsaq – 4diş
Zeytun yağı – 80 qr
zəncəfil – 1ç.q
cirə -15 qr
qara istiot –10 qr
su -2l
1 payda – 70 kkal,protein–3.4 qr,yağ–1.6 qr,karbohidrat– 9.8 qr
Əvvəlki məqaləSızanaq yaradan qidalar
Növbəti məqalədəYay fəslində necə qidalanmalı…