Yay fəslində necə qidalanmalı…Mütəxəssislər, yay aylarında həddindən çox yağlı və şəkərli qidalardan uzaq olmaq barədə vətəndaşları xəbərdar edir.

Belə isti havalarda qidalanmanın çox böyük əhəmiyyət kəsb etdiyini, isti havanın insanda halsızlığa və yorğunluğa səbəb olduğu bildirirlər. İsti yay aylarında gündəlik mütləq bir-iki boşqab meyvə, qatıq süd, və süd məhsulları istehlak etmək lazımdır. 
Birinci qayda, yay aylarında qətiliklə ağır yeməklər yeyilməməli və bol maye qəbul edilməlidir.
Tərəvəz və meyvələrin çox olduğu yay aylarında bu fürsəti yaxşı dəyərləndirmək lazımdır. Bu aylarda tərəvəzdən də düzgün istifadə etmək və qızartma yeməklərindən uzaq olmaq, bundan başqa, yeməkləri sobada ya da normal yemək qazanlarında bişirmək lazımdır.
 
“Tərkibində şəkər olan meyvə insanı kökəldir…”
 
Meyvəni çox istehlak etmənin çəki artıqlığına səbəb olduğunu bildirən mütəxəsislər, buna nümunə olaraq, şəkərli qidalardan qarpız və qovunu qeyd edirlər. Susuzluğu aradan qaldırmaq üçün müraciət edilən limonad və digər şəkərli içkilər insulin müqavimətinə, çəki almağa, şəkər xəstəliklərinə meylli olan insanlarda riski artırır. Buna görə bu cür şəkərli içkilər yerinə, mədən suları, ayran və ya evdə hazırlanmış meyvə suları istehlak edilməsi lazımdır.
Əvvəlki məqaləArtıq çəki və köklük bütün dünyaya “sunami” şəklində yayılıb
Növbəti məqalədəAna südünü artıran 5 tövsiyyə