Ana südünü artıran 5 tövsiyyə

Xüsusilə ana südü, körpələr üçün çox əhəmiyyətli bir qida qaynağıdır. Ana südünün körpələr üçün möcüzəvi bir təsiri vardır.

Körpələrin sağlam inkişafı üçün ilk 6 ay ərzində yalnız ana südü qəbul etməsi lazımdır. Daha sonrakı dövrdə isə, 2 yaşına qədər müxtəlif dəstək qidaları ilə birlikdə ana südünün istifadə edilməsi lazımdır. Əmizdirmə dövründə ana südündə olan enerjinin çoxu, ananın yeyib-içdikləri hesabına qarşılanır. Bunun üçün analar yediklərinə çox diqqət yetirməlidirlər. Bu barədə mütəxəssislərin tövsiyyələrini 5 əsas maddə şəklində sıralayaq.
1.  Ən əhəmiyyətlisi, əmizdirmə dövründə sürətli kilo vermək üçün pəhriz dərmanlarından qətiliklə istifadə etməyin.
2.  İçdiyiniz suyun ana südünü artırmaqda əvəzi yoxdur. Gündə mütləq 2-3 litr arasında su qəbul etməlisiniz. Çünki, südün bir hissəsi sudan ibarətdir.
3.  Kalsium baxımından olduqca zəngin olan süd, pendir, qatıq və s.kimi süd və süd məhsullarını bol-bol qəbul edin. Yumurta, quru paxlalılar və ətli tərəvəz yeməklərinin də ana südünü artırmada təsiri vardır.
4.  Ayrıca ərik, yaşıl tərəvəz və kök kimi qidalar da tez-tez qəbul edilməlidir. Vitamin baxımından zəngin olan meyvə və tərəvəzlər də hər gün yeyilməlidir.
5.  Son olaraq da, yeyilən qiaların qida dəyərini itirməməsi və anemiyanı ( qansızlıq) önləmək məqsədiylə əmizdirmə dövründə çay içilməməsi tövsiyyə edilir.
Buradan da aydın olduğu kimi tək istiqamətli deyil, çox istiqamətli qidalanmaya diqqət etməliyik.

Əvvəlki məqaləYay fəslində necə qidalanmalı…
Növbəti məqalədəYorğunluğun səbəbləri və ondan xilas olma üsulları