Yorğunluğun səbəbləri və ondan xilas olma üsulları

Axır vaxtlar demək olar ki, insanların əksəriyyətində yorğunluq və halsızlıq tez-tez müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Yorğunluq – yuxu problemindən, uzun müddətli stress və gərginlikdən, depresiyadan, düzgün qida rejiminin olmamasından, siqaret və spirtli içki qəbulundan qaynaqlanan bir haldır. Lakin, insanın özündən asılı olmayan bəzi səbəblər də yorğunluğa səbəb olur. Qanazlığı, bəzi hormonal dərmanların qəbulu, müxtəlif infeksiyalar, orqanizmdə olan vitamin və mineral əksikliyi, həzm sistemindəki pozğunluqlar belə səbəblərdəndir. Davamlı yorğunluq hissinin əsas səbəblərindən biri də dəmir azlıqlı (defisitli) qanazlığıdır. Buna ən çox qadınlarda rast gəlinir.
Lakin yorğunluqdan xilas olmaq da mümkündür. Həkim məsləhətinə əməl etməklə yanaşı faydalı və eyni zamanda nizamlı qidalanma buna kömək edir. Bunun üçün bir neçə məsləhət:
1. Gün ərzində az-az, lakin tez-tez yemək lazımdır.
2. Ağ çörək yerinə kəpəkli undan bişirilən çörək yemək daha faydalıdır.
3. Gün ərzində 8-10 stəkan çiy-ancaq təmiz su içilməlidir.
4. Hər dəfə bir meyvədən sıxılmış təzə meyvə suyu içmək çox xeyirlidir.
5. Yağlı qidadan mümkün qədər uzaq durmaq lazımdır.
6. Qızartmalardan çox, qaynadılmış, buğda bişirilmiş qidalara üstünlük vermək lazımdır.
7. Tərkibində C vitamini olan çiyələk, portağal kimi meyvələrdən bol-bol istifadə etmək lazımdır.
8. Həftədə ən azı 3-4 dəfə qırmızı ətdən bişən xörəklər və yumurta yemək vacibdir.
Ən əsası yeməklərdə tərəvəzlərdən mümkün olduqca çox istifadə etmək lazımdır. Tərəvəzlərdən hazırlanan müxtəlif yeməklər, salatlar da çox faydalıdır. Düzgün qida rejimi, təmiz havada olmaq müəyyən qədər yorğunluqdan xilas olmağa kömək edir.
Əvvəlki məqaləAna südünü artıran 5 tövsiyyə
Növbəti məqalədə” Dukan “diyetinin sirrləri