sağlamlıq* Çay ağacı yağı
Hər iki ayağınızı topuğa qədər tuta biləcək suya, 40 damcı çay ağacı yağı əlavə edin. Ayaqlarınızı suda 10 dəqiqə saxlayın. Sonra ayaqlarınızı sudan çıxarıb, dəsmalla qurulayın və barmaqlarınızın arasına saç feni ilə isti hava vurun. Vannadan əvvəl dırnaqlar dibindən kəsilməlidir. Ayaq və barmaqların arasını qurudan zaman diqqətli olmaq lazımdır. Az miqdar nəm yenidən göbələklərin artmasına səbəb olacaq. Fenlə barmaqlarınızın arasını tam qurutduqdan sonra çay ağacı yağı ilə göbələk olan hissələri silin.
* Zeytun yarpağı
Zeytun yarpağı bakteriya, göbələk və parazitlərə qarşı antibiotik təsirə malikdir. Zeytun yarpağı antifunqal təsirə maılikdir. Onun yarpağını qaynadıb ayaqları vanna etdikdən sonra tam qurudub, sıxılmış suyunu barmaqların arasına sürtdükdə göbələklər məhv olur.
* Sarımsaq
Sarımsaq nazik dilimlənir, ayaqlar vanna edilib tam quruduqdan sonra xəstə nahiyyəyə sürtülür. Sarımsağı sıxıb onun suyunu da sürtməklə göbələklərdən xilas olmaq olar.
* Aspirin
Altı aspirin yarım stəkan sirkəyə qatılıb yaxşıca qarışdırılır. Hər gün ayaqlar yuyulub qurulanır və bu qarışımda xəstə hissələrə 3 gün, gündə bir-neçə dəfə sürtülür.
Göbələkdən xilas olmaq üçün ayaqlar hər gün yuyulmalı, barmaqların arası yaxşı qurulanmalı və corablar hər gün dəyişilməlidir.

Əvvəlki məqaləSağlamlığınızın düşüncələrinizlə əlaqəsi olduğunu bilirdinizmi?
Növbəti məqalədəSəhər yeməyi yeməməyin 5 ziyanı