Hər hansı bir xəstəxanadan görüş alaraq, ildə bir dəfə mütləq nizamlı olaraq “check – up” etdirin.

Bir çox xüsusi sağlamlıq sığortası artıq müştərilərinə illik “check-up” hədiyyə edir.

Bu fürsəti əldən verməyin.

Bəs qadınlar müntəzəm olaraq hansı həkimlərin nəzarətində olmalıdırlar?

Stomatoloq

Diş həkiminizə, hər 6 ayda bir dəfə  nizamlı olaraq getsəniz, dişlərinizin və diş ətlərinizin sağlam qalmalarını təmin edərsiniz və əgər dişlərinizdə hər hansı bir problem varsa böyümədən həll edərsiniz.

Göz həkimi

61 yaşına qədər hər 2 ildə bir nizamlı olaraq göz müayinənizi etdirin. 61 yaşından sonra bu müayinələri ildə bir dəfəyə endirin.

Dermatoloq

Dəri xərçəngi ən çox rast gəlinən xərçəng növüdür. Bu səbəblə nizamlı bir şəkildə dermatoloqa görünmək çox əhəmiyyətlidir.

Endokrinoloq

Əgər yaşınız 45-i keçibsə və çox kilonuz varsa mütləq prediyabet müayinənizi etdirməlisiniz. Əgər 45 yaşdan çox və normal kilodasınızsa həkiminizə belə bir testə ehtiyacınız olub-olmadığını soruşa bilərsiniz.

 

Mamograf (məmə rentgeni)

40 yaşını keçmiş hər qadın 2 ildə bir mamogram çəkdirməlidir. Əgər ailənizdə döş xərçəngi keçmişi biri varsa həkiminiz mamograma daha erkən belə başlamaq istəyə bilər.

Terapevt (Mədə-bağırsaq müayinəsi)

Mədə və bağırsaq xərçəngi müayinəsinə nə vaxt başlamanız lazım olduğunu və nə vaxtan bir müayinə olmanız lazım olduğunu terapiya həkiminizlə mütləq məsləhətləşin.

Travmatoloq (Sümük sıxlığı müayinəsi)

 65 yaş və daha artıq yaşdakı hər qadın, sümük sıxlığı testi etdirməlidir. Həkiminizlə bu mövzunu mütləq danışın.

Ginekoloq (Uşaqlıq ağızı xərçəngi müayinəsi)

21 yaşından etibarən həkiminizin təklif etdiyi şəkildə ( ildə 1 ya da 2 ildə bir ) uşaqlıq ağızı xərçəngi üçün “Pap” testinizi etdirin.

Yetkin bir qadın olaraq sağlamlığınızın qiymətini və əhəmiyyətini bilin, öz sağlamlığınıza laqeyd yanaşmayın.

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
Əvvəlki məqaləSaçları qüvvətləndirən qidalar
Növbəti məqalədəQəhvə qadınların yaddaşını gücləndirir