Qəhvə qadın yaddaşını gücləndirir

    
Qəhvə yaşı 65-dən  yuxarı qadınların hafizəsini qoruyucu bir təsirə sahibdir.

    Fransa və Portuqaliyada edilən bir araşdırmada, qəhvənin, 65
yaşından yuxarı olan qadınların hafizələrini (yaddaşlarını) qoruyucu təsirinin olduğu
təyin olundu
.

    Fransız Milli Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun (
Inserm ), Lissabon Universiteti ilə ortaq şəkildə etdiyi araşdırmada,
gündə ən az üç fincan qəhvə və ya 6 fincan çayın, gündə yalnız bir
fincan və ya daha az içənlərlə müqayisədə yaddaşı qoruyucu təsiri
olduğu ortaya çıxdı.

    65
və daha yaşlı 4 min 197 qadın və 2 min 820 kişinin kafenin istehlakı
ilə yaddaş, dil və məntiq icra etmə kimi  “tanımağa qədər”
intellektual peroformansları arasındakı əlaqənin, 4 il boyunca əldə
edilən məlumatlar və bir statistik modeli yaradılaraq qiymətləndirildiyi
araşdırmada, kafeinin yalnız qadınlarda yaddaşı
qoruyucu təsiri olduğu təsbit edildi.

    “Insermdən” Karen Ritchie, araşdırmanın kafeinin qadınların beyin
funksiyası üzərində qoruyucu bir təsirinin olduğunu açıqca göstərdiyini
ifadə edərək, kafeinin niyə yalnız qadınların yaddaşını qoruyucu təsiri
olduğunu anlamağa çalışdıqlarını qeyd etdi.

    Ritchie, kafeinin kişi və qadınların metabolizmalarında fərqli
təsirlərə yol aça bilməsi və ya hormonal bir təsirin bu fərqi
yaratmış ola biləcəyini ifadə edərkən, kafenin əsasında bir müalicənin
faydalı olub olmayacağını anlamaq üçün əvvəlcə bioloji mexanizmi
işıqlandırmaq lazım olduğuna işarə etdi.

    Araşdırmanın, kafeinin Alzheimer xəstəliyinin ortadan qalxması
mövzusunda bir təsiri olmadığını göstərdiyini ifadə edən Ritchie,
araşdırmanın kafein ilə Alzheimer arasındakı əlaqənin daha yaxşı
anlaşılması məqsədi ilə, iki il daha davam etdirilməsi lazım olduğunu,
kafenin istehlakının bu xəstəliyin ortadan qalxmasından deyil,
inkişafında rol oynaya bildiğini düşündüklərini ifadə etdi
.

Əvvəlki məqaləQadınlar daim hansı həkimlərin nəzarətində olmalıdırlar
Növbəti məqalədəDepressiyanın səbəbləri