Meyvəni yeməkdən sonra yeyin.

Yaz-yay aylarında yalnız meyvə ilə qidalanmaq olduqca səhvdir.Meyvənin yeməkdən sonra yeyilməsi lazımdır.Məsələn,yalnız qarpız ilə günümüzü keçirmək səhvdir,çox meyvə yemək çəki artımına səbəb olur.
Karbohidrat və şəkər baxımından zəngin olan meyvələri qəbul edib hərəkətsiz qalsaq sonra bədənimizdə yağa çevrilir.Bu da həddindən artıq çəki artmasına gətirib çıxarır.Eyni şəkildə yazın gecə saatlarında yemək yeyilməsi də çəki artmasına təsir edir.Yatmadan ən azı iki saat əvvəl kalorisi aşağı olan qidalar qəbul edilməlidir.Yeməkdən sonra çay içilərsə şirniyyat qəbul olunmamalıdır.
Hava istiliyinin artmasıyla bol maye qəbul edilərsə diqqət etmək lazımdır.Istilərdə tərləməklə maye ehtiyacının artdığını hamımız bilirik.Ona görə də qəbul etdiyimiz maye qatqısız olmalıdır.Saf təbii sulardan istifadə edin.Gündəlik 2,5 litr su qəbul etmək lazımdır.Bununla bərabər ayran,kefir, təzə sıxılmış meyvə suları kimi mayelər də qəbul etmək lazımdır.Yaz-yay aylarında artan meyvə və tərəvəz seçimləri də maye ehtiyacını təmin etməyə köməkçi olur. 

 

Südlü və meyvə şirələri.

Enerjinin yüksək olmasına səbəb olan şirniyyatlardan uzaq durmaq lazımdır.Çoxlu şirniyyat qəbul etmək qanda şəkərin artmasına səbəb ola bilər.
Yazda  və yayda mümkün olduğu qədər şirniyyatın qəbulunu azaltmaq lazımdır. Yeyildiyi zaman qida çoxluğuna və miqdarına diqqət etmək lazımdır.Çalışmaq lazımdır ki,yüngül qidalar qəbul olunsun.
Əvvəlki məqaləHamilə qidalanmasında mühüm detallar!
Növbəti məqalədəQadınlar ailə qurduqdan sonra kilo alırlar