İngiltərədə evli cütlüklər arasında aparılan bir araşdırma nəticəsi – qadınların  ailə qurduqdan sonra çəki aldığını, kişilər isə çəki verdiyini göstərdi.

Araşdırmaya qatılan qadınların üçdə biri, kilo aldıqları üçün daha az yemək yediklərini açıqlayarkən, kişilərin üçdə biri də daha az yemək yemə meylində olduqlarını ifadə etdi.

Kişilərin əksəriyyəti isə salat və qatıq qəbulunu artırdıkları üçün kilo verdiklərini düşünülür. Qidalanma mütəxəssislərinə görə; birlikdə yemək yeyən cütlər, ümumiyyətlə hansı qidalara ehtiyacları olduğunu nəzərə almır və hazırladıqları yeməkləri iki bərabər boşqab şəklində yeyirlər.

Cütlər, bazarlıq əsnasında da bənzər mövqe sərgilənir. Qadınların yüzdə 90-ı kişilərlə birlikdə bazarlığa çıxdıqlarında daha çox ət məsulları alır.

Qadın və kişilər fərqli qidalara ehtiyac duyduğunu və bu səbəblə, davamlı bu şəkildə qidalanmanın sağlamlıqlarına zərər verə biləcəyini ifadə edir.

Daily Mailin xəbərinə görə, kişilər daha çox B vitamininə ehtiyac duyarkən, qadınların xüsusilə hamiləlik dövründə fol turşusuna ehtiyacı artır.

Əvvəlki məqaləArtıq meyvə yemək çəki artırır
Növbəti məqalədəAyaq ayaq üstə aşırıb oturmağın zərərləri