Varikozun, aşağı ətrafdakı venoz  qanı, təmizləmək üzrə ağciyərə daşıyan səthi  venoz damarlardaki qüsur  olduğunu yazan Adana Xüsusi Meridien Xəstəxanası Radiodiaqnostika Mütəxəssisi Dr. Əli Razılıq Necefzade, ayaqlardakı venoz qanın müxtəlif faktorların köməyi ilə nasos  kimi  ağciyərə göndərdiyini izah etdi. Dr. Necefzade, bu qanın yerin cazibə qüvvəsi hesabına təkrar geri dönməsinə ,aşağı ətraflardakı toplayıcı vena damarlarındakı qapaqcıqların mane olduğunu dedi.

Necefzade, haqqında danışılan qapaqcıqların da müxtəlif irsi və digər faktorlar nəticəsi qeyri-funksional hala gəlməsi halında, ağciyərə göndərilən qanın, yerin cazibə qüvvəsinin təsiri ilə geri qayıdıb, aşağı ətrafların toplayıcı damarlarında yığılaraq “varikoz”  adı verilən narahatlığı ortaya çıxartdığını ifadə etdi.

Zamanında tədbiri alınmayan bu vəziyyətin, irəliləyən dövrdə sağalmayan yaralara, infeksiya, qanama və damar üçün laxtalanma kimi ciddi problemlərə yol aça biləcəyi xəbərdarlığını edən Dr. Necefzade, hər 4 qadından birində də bu şikayətlərin görüldüyünü qeyd etdi.

Necefzade, varikoz əlamətlərini də bu şəkildə sıraladı:

“Yorğun,şişkin və ağırlaşan ayaqlar, axşama doğru ortaya çıxan ayaqlardakı dolğunluq hissi,  yanma hissi, qaşınma, qıcolma və gərilmə, çəkən və ya batan baldır ağrıları, topuq  və ya oynaq bölgələrində şişmələr,  qırmızı və ya mavi rəngdəki varikozlar.”

Ayaqların  sağlam qalması üçün əhəmiyyətli qaydalar olduğunu vurğulayan Dr. Necefzade, mümkün olduğu qədər çox hərəkət edilməsi, xüsusilə  tətildə, uzun səfərlər əsnasında avtomobildən enərək yürüyüş  edilməsi, mümkünsə gündə ən az 30 dəqiqə ayaqları çanaq səviyyəsindən hündürdə tutulmasını tövsiyyə etdi,xüsusilə də uzunmüddətli  oturan və uzanan vəziyyətdə.

Dr. Necefzade, təkliflərini də belə davam etdirdi:

“İstidən çəkinin, ayaqlarınızı sərin saxlayın. Günəşdən, isti qum, isti palçıq vannası, sauna kimi şeylərdən uzaq durun. Yayları soyuq su ilə ayaq vannası qəbul  edin. Ayaqlarınızı  üst üstə aşırmayın, bu hərəkət dizlərinizi kilidləyər və qan dövranına mane olar.Hündür dabanlı və dar ayaqqabılardan uzaq durun .

 

 

Əvvəlki məqaləQadınlar ailə qurduqdan sonra kilo alırlar
Növbəti məqalədəDaha sıx və elastik qarına sahib olmanin 5 yolu