1-Massaj.

 Səhər saatlarında əzələləriniz  xam olduğu üçün qarin bölgəsini  massaj edərək  qan dövranınızı sürətləndirə və bunun da sayəsində toxumalarınızı sıxlaşdıra bilərsiniz . Bunun üçün bir ovuc dəniz duzu və 10 ml limon yağını qarışdıraraq əldə etdiyiniz kütləni, saat istiqamətində dairəvi hərəkətlərlə qarnınıza çəkərək massaj edin. Bu proseduranı,duş qəbul edərkən etmək daha məqsədəuyğundur.

 

2-Buz şoku.

 Bəzən piy təbəqəsinin qalınlığından asılı olaraq,qarın nahiyəsində qan dövranı zəifləyir.Bunun nəticəsi olaraq isə dəri sallanmaları və qırışıqlıqlar meydana gələ bilər. Bunun qarşısını almaq məqsədilə qan dövranınızı sürətləndirmək üçün buzdan faydalana bilərsiniz. Yatmazdan əvvəl tənzifə bükdüyünüz     buzları qarın nahiyənizdə gəzdirməlisiniz.

 

3-Səhər çayı.

Daha sıx və elastik qarına sahib olmanin 5 yolu

Səhər yuxudan oyandıqdan dərhal sonra bir stəkan bitki və ya meyvə çayı için. Çay ,qəbul etdiyiniz qidaların daha asan və tez həzm olunmasına şərait yaradır. Bu da qarnınızın düzləşməsində əhəmiyyətli rola malikdir. Lazımsız şişkinliklər və köpün yaranmaması üçün qaz yaradan çaylardan və qəhvədən uzaq durmalısınız.

 

4-Düzgün qidalanma.

Qəbul etdiyiniz qidanın növündən asılı olaraq qarnınızda şişkinlik yarana bilər. Bunun qarşısını almaq üçün düyü, ,ət məhsulları ,şirniyyat kimi tanıdığımız un məmulatları və duz qəbul  edərkən izafiliyə yol verməməyə diqqət etməlisiniz. Çünki bu cür qidalar orqanizmdə, xüsusilə də qarın bölgəsində su toplanmasına səbəb ola bilir. Bunların əvəzinə pomidor, bibər, qarğıdalı, ispanaq kimi təzə tərəvəzləri seçməlisiniz.

 

 Ət, balıq, makaron və plov növlərini təzə bitkilərlə dadlandıra bilərsiniz. Xüsusilə keşniş, şüyüd, reyhan, dəfnə kimi bitkilər mədə və bağırsaqların iş fəaliyyətinə müsbət təsir göstərir.

5.Şəkərsiz saqqız.

 

 Daha sıx və elastik qarına sahib olmanin 5 yolu
 Könlünüzdən şirniyyat keçirsə, bu istəkdən qurtulmaq üçün ağzınızı bir şeylərlə məşğul etməyinizi tövsiyyə edirik. Ağızdakı boşluq hissi çox vaxt şirin istəyini gücləndirir. Bu istəyinizdən xilas olmağınız üçün sizə saqqız çeynəmək kömək ola bilər. Təbii ki, sağlamlığınız və dişlərinizi də düşünərək şəkərsiz  olanları seçməyinizi məsləhət bilirik.

 

Əvvəlki məqaləAyaq ayaq üstə aşırıb oturmağın zərərləri
Növbəti məqalədəYeməkdən sonra çay içməyin