Nənələrimizin resepti öskürək və boğaz ağrısını müalicə edir
Öskürək müstəqil xəstəlik deyil. Bu orqanizmin refleksi, qoruyucu mexnizmidir.
Öskürəyin köməyi ilə nəfəs yollarımız bura düşən mikrob və toksinlərdən təmizlənir. Lakin bunun üçün öskürək nəm olmalıdır ki, ziyanlı agentlər seliklə birlikdə nəfəs yollarından xaric olunsun. Quru öskürək bu mənada faydasızdır.

Adətən soyuqdəymə quru öskürəkdən başlayır. Quru öskürəyi tez bir zamanda nəm öskürəyə çevirmək lazımdır. Bu işdə bizə nənələrimizin köhnə resepti kömək edəcək.
Xörək qaşığına şəkər tozunu tökün və qaşığı odun üzərində saxlayın. Şəkər əriyəndə və karamel rəngini alanda oddan götürün. Az bir müddətdən sonra şəkər bərkiyəcək. Alınmış “konfet”i sovurmaq lazımdır. Bu  öskürəyi yüngülləşdirir, quru öskürəyi nəm öskürəyə keçməyə yardım edir, boğaz ağrısını azaldır.
Şəkərə az miqdarda zəncəfil əlavə edə bilərsiniz. Zəncəfilin antiseptik xüsusiyyətlərinə görə belə “konfet”in müalicəvi xüsusiyyətləri artacaq.
Öskürək zamanı çoxlu maye qəbul edin. Bu bəlğəmi durulaşdırır və nəfəs yollarından çıxmasını asanlaşdırır.

Əvvəlki məqaləYayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə
Növbəti məqalədəSağlam həyatın 10 asan yolu