Mütəmadi olaraq idman edib incə və fit bədənə sahib olmaq xəyalı qurarkən qidalanmada edilən səhvlər sizə əksinə təsir edə bilər. Biz də bunu nəzərə alıb sizin üçün idmanla məşğul olduğunuz zamanda hansı qidalanma səhvlərini etməməlisiniz və niyə bunlara yol verməməlisiniz mövzusunda araşdırma etdik.

İdmanla məşğul olanlar bu 5 qaydanı bilməlidirlər

Yağ qəbuluna həddən artıq limit qoymayın

Bədəni inkişaf etdirməyə istiqamətli məşqlər edən insanların “əzələ yığacam” deyib, etdiyi ən böyük qidalanma səhvi yağ qəbulunu həddən artıq limitləmələridir. Yağlar orqanizmdə hormonların əmələ gəlməsində iştirak etməklə yanaşı, immun sistemini, sümük sağlamlığını, hüceyrələrin yenilənməsini və qanın laxtalanmasını təmin edən A, D, E və K kimi vitaminlərin də bədənə daxil olmasını təmin edər. İdman edən insanlar gündəlik enerjilərinin 20%-ni yağlardan alır.

Karbohidratın qəbulunu azaltmaq

Məşqdən sonra karbohidrat tərkibli dənli bitkilər, makaron, düyü, bulqur, qara buğda, meyvə və tərəvəzin uyğun miqdarda qəbulu olduqca vacibdir. Çünki idman zamanı əzələlərdə olan qlikogen adlanan şəkər deposunun sürətlə boşalması insana məşq prosesində yorğunluq verir. Bu yorğunluğu aradan qaldırmaq və qan şəkərinin anidən düşməsinin qarşısını almaq üçün dənli bitkilərin qəbulu edilməsi vacibdir. Eyni zamanda da, edilən məşqlərin növündən aslı olaraq karbohidratların qəbulu əzələlərin inkişafına da dəstək verər.

Həddən artıq zülal qəbulu

Xüsusilə, güclə əlaqəli məşq edən insanlar orqanizmlərinin zülala ehtiyacı olduğunu düşünüb yumurta, ət kimi qidalar qəbul edirlər. Hətta bunlarla da, kifayətlənməyib zülal əlavələri də qəbul edirlər. Amma orqanizmin zülala olan ehtiyacı hər kilo üçün 1.7 qramdır. Yəni, 70 kq olan biri gündəlik 117 qram zülal qəbul etməlidir.

Kifayət qədər su qəbul etməmək

Məşqdən əvvəl və sonra su içmək yorğunluğu aradan qaldırır, diqqəti artırır. İdman zamanı itirilən suyun bərpası üçün, xüsusilə də, 1 saatdan artıq olmayan məşqlərdə ən uyğun içki sudur. Məşq prosesində hər 20 dəqiqədə 1 stəkan (200 ml) su içmək kifayətdir. İdmandan sonra isə itirilən suyu 4 saat ərzində su, ayran, süd, şorba, mineral kimi içkilərlə geri qaytarmaq olar.

İdmandan əvvəl ara yemək qəbul etməmək 

İdmandan əvvəl qəbul ediləcək ara yeməklər məşq prosesində qan şəkərinin düşməsi, əzələlərin qorunması və yorğunluğun qarşısını almağa kömək edir. Bu səbəblə də, idmandan 2 saat əvvəl aşağı kalorili qlisemik təsirə malik və həzminizdə narahatlıq yaratmayacaq südlü və ya qatıqlı yulaf, yulaflı qurabiyə kimi sağlıqlı ara yeməyi qəbul edə bilərsiniz.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləQadın-kişi münasibətlərinin təkamülündə 7 MƏRHƏLƏ
Növbəti məqalədəAmerikalı pediatrdan VALİDEYNLƏRƏ VACİB TÖVSİYƏ