Türkiyənin məşhur professor və bitki müalicəsi üzrə mütəxəssisi İbrahim Saracoğlu koronavirusla mübarizədə birinci mübarizə yolunun immunitetin möhkəmləndirilməsindən başlanmalı olduğunu bildirib.

Saracoğlu insanlara marketlərə, bazarlara kütləvi axın edib, növbələrdə sıxlıq yaradıb digər insanlarla təmas etməməyi, bunun üçün Çin və Yaponiyadakı 1 metr məsafəli növbə mədəniyyətindən nümunə götürmələrini məsləhət görüb.
İbrahim Saraçoğludan koronavirusa qarşı 7 özəl resept
Professorun məhz koronavirusla mübarizə üçün xüsusi məsləhət və reseptlərini təqdim edirik:

İmmuniteti möhkəmləndirmək üçün C vitamini ilə zəngin sitrus meyvələri, xüsusən limon, portağal, kivi yeyin.

• “ Evinizdə lavanda efir yağını 1 stəkan qaynar suyun içinə 5-6 damcı damızdırıb, uçucu yağlar havaya qarışdırıb havadakı mikrobları məhv edəcək. Onu sprey qabına doldurub, sıçradın. Qaynar suya damcıladın onun isti buxarında nəfəs alın, sanki inhalyasiya edirmiş kimi. Qoxladığınız hər şey ağciyərlərə gedir. Koronavirusun ən sevimli yeri ağciyərlərdir.

• Kəklikotu çayı gündə 2-3 dəfə içmək olar. Uşaqlara bu çaydan az miqdar verməlisiz.

• Koronavirusa qarşı ən yaxşı təsirli bal narıncı tünd rəngdsə olan baldır, məsələn, şabalıd balı. 20 qram balın içinə 1 çay qaşığı təmiz alma sirkəsini əlavə edib qarışdırıb, bir neçə udum su ilə içməklə qəbul edin

• İspanaq və vəzəri təzə halda çeynəyin yeyin. Onu yeyən kimi, boğazda bir öskürək əmələ gəlir, çünki tərkibindəki yandırıcı maddələr işə düşür. Ciyərləri təmizləyir.

• Arı məhsullarından propolis – arının immunitet sistemini möhkəmləndirir. 6 yaşdan sonra istənilən insan qəbul edə bilər. Amma doğru, düzgün propolisi tapmaq lazımdır.

Yarım fincan suya 8 damcı propolis damcıladıb qəbul edin.

• Boğazı qarqara etmək üçün şalfey- sürvə bitkisinin dəmləməsini qarqara edin. Hər gün 3 dəfə. Boğazdakı virus və bakteriyaları yox edir.

 

 

Mənbə: Medicina.az

Əvvəlki məqaləGözəlliyinizi qoruyun!
Növbəti məqalədəQadınları tanımaq istəyirsinizsə