Tərəziyə çıxdığınızda gördüyünüz rəqəmin, normaldan daha çox olmasına çaşmanız mümkündür. Yaxşı, çəki almanığın hormonal balanssızlıq, vitamin əskikliyi və ya
reseptli dərmanlar istifadəsinə bağlı ola biləcəyini bilirdinizmi?


Bir
çox insan fiziki görüntüsünün həyatdakı seçimlərini təyin etdiyini, amma
bəzən bədəninin nəzarət edə bilməyəcəyi faktorlara qarşı
reaksiya göstərdiyini düşünməkdədir. Hormonal
da olsa, dərmanların yan təsirləri də olsa, bunların xaricində başqa
bir səbəbdən də qaynaqlansa, fərdi olaraq şəxslərə çox-çox vəzifə
yükləmək yerinə, həkimlərin köməyinin də əhəmiyyəti
unudulmamalıdır. Budur, sizin üçün hazırladığımız, ideal kilonuza nail olmanıza mane olan 5 sağlamlıq problemi və həlləri …


Depressiya
Bir çox anti-depresant vəzifəsi görən reseptlər, dərmanlar kilo almağa səbəb ola bilməkdədir. Yəni, əgər anti-depresant dərman istifadə etmək məcburiyyətindəsinizsə 5 ilə 15 arasında kilo ala biləcəyinizi unutmayın. Əgər dərman istifadə etmirsiniz və depressiyadasınızsa, yenə də kilo alma ehtimalınız var. Edilən araşdırmalar, kədərli və ya tənha hiss edən şəxslərin daha sürətli şəkildə kilo aldığı nəticəsinə gəlmişdir. Depresiyadaki şəxslər daha yağlı və kalorili yeməkləri, daha tez yemə və
daha az hərəkət etmə meylindədir, bu da kilo almalarına səbəb
olmaqdadır.
Depressiyanın kilo aldırmasından qaçmaq üçün, kompleks müalicə, ictimai
ətraf və dostlar ilə edilən fəaliyyətlər və hobbi əldə etmənin
əhəmiyyətli ölçüdə müsbət təsirləri var.


İstifadə edilən dərmanlar
Kilo almağa səbəb olan bir çox dərmanlar vardır. Xüsusilə
doğum idarəetmə həbləri, hormon müalicəsində istifadə olunan, hormon dərmanları
(tiroid və s.), Steroid, ürək xəstəlikləri və qan təzyiqi dərmanları
hətta bəzi migren dərmanları belə kilo almağa səbəb ola bilir. Bəzi dərmanlar iştaha təsir edərkən, bəziləri isə maddələr mübadiləsinə təsir edir.
Əgər istifadə etdiyiniz dərmanın bədəninizi təsir etdiyini düşünürsünüzsə,
həkiminiz, yan təsiri olmayan, alternativ bir həll taparaq sizə kömək edə
bilər.

Həzm problemləri
Bağırsaqların az işləməsinə (tənbəlliyinə)bağlı həzm problemləri kilo almanıza səbəb olmaqdadır. Normalda, yemək yedikdən təxminən 1 saat sonra bağırsaqlar işə başlayar. Gündə bir-iki dəfə ayaqyoluna çıxmaq normal sayılır. Əgər siz müntəzəm olaraq ayaqyoluna çıxmırsınızsa, bunun səbəbi bədəndə
kifayət qədər su olmaması, istifadə edilən bir sıra dərmanların təsiri və lif
əskikliyidir.
Bunun qarşısını almaq üçün lifli qidalar istehlak etməyə və bol su içməyə diqqət göstərmək lazımdır. Əgər bağırsaqlardakı tənbəllik problemi hələ düzəlmirsə bir mütəxəssis həkimə görünmək faydalı olacaq.

Müəyyən qidaların əskikliyi
Bədəndəki D vitamini, maqnezium və ya dəmir əskikliyi immunitet sistemini pozaraq, enerji səviyyəsini salar. Bu vəziyyət də maddələr mübadiləsinin zərər görməsi mənasını verir. Aşağı olan enerjinizi kofein, şəkər və ya bir sıra karbohidratlarla
kompensasiya etməyə çalışar,  idman etmək və ya iş üçün gücsüz hiss
etməyə başlayarsınız.
Bu vəziyyətdə, ispanaq, badam, süd və bol günəş işığı almağa diqqət göstərməlisiniz. 

DİQQƏT: D vitaminini doğru dozada almaq olduqca əhəmiyyətlidir, çünki D vitaminini çox almaq, böyrəklərinizdə daş meydana gəlməsinə səbəb ola bilər. Bəzi hallarda həkiminizin tövsiyəsi ilə dəmir dəstəyi almağa da diqqət göstərmək lazım.

Yaşın irəliləməsi
Yaş irəliləməsi və bununla birlikdə maddələr mübadiləsinin yavaşlaması təəssüf ki qaçınılmazdır. Yaş irəlilədikcə bədən daha çox məşqə və daha az yemək yeməyə ehtiyac duyar. Diqqət edilmədiyində isə kilo almağa başlanar. Maddələr mübadiləsinin çalışması yavaşladığı üçün yemə-içmə və məşq vərdişlərinizə artıq diqqət etmək məcburiyyətindəsiniz.

Əvvəlki məqaləPreterm doğum nədir və səbəbləri
Növbəti məqalədəLunatizm nədir? Necə qarşısı alınır?