İspanaq iflic riskini azaldır

 

 Şomu iflic riskini azaldır.

Bununla yanaşı, onun tərkibində A, C və K vitamini vardır.

Yaşıl tərəvəz qəbul edin.

Tərkibində  selülloz, kraxmal və şəkər olmaqla bərabər, A, C, E, K, PP kimi bir qrup vitmaminləri, demək olar ki, bütün B qrupu və beta-kerotin vardır.

İspanaqda çoxlu sayda olan K vitamini haqda qeyd etmək istərdik ki, o,həm qanın laxtalanmasına kömək edir, həmçinin kalsinin sümüklərdə qorunub saxlanılması kimi funksiyasına malikdir.

Onun tərkibində bir çox mikroelemtlər də  vardır. Bunlardan: maqniy və selen, kalsiy və sink, kaliy və fosfor, dəmir və mis, marqanes və natriy qeyd etmək olar.

Təsirinə görə, o orqanizmi müxtəlif qidalı maddələrlə təmin edərək, hətta ziyanlı toksin və şlaklardan təmizləyir. Bu kimi xeyirli xüsusiyyətlərinə görə, o yalnız kökdən geri qalır.

Tərkibində olan yüksək dəmir konsentrasiyasına görə, qanda hemoqlobini aktivləşdirərək, hüceyrələrin oksigenlə təmininə kömək edir. O, həmçinin maddələr mübadiləsinin yaxşılaşmasını və orqanizmin enerji istehsalını təmin edir.

Diş və damaqların təbii sağlamlığını qoruyur və damarları gücləndirir. Mədəaltı vəzə stimullaşdırıcı təsir göstərir və bağırsağın işini yaxşılaşdırır.

Beyin sağlamlığı üçün hər gün ən az yarım su stəkanı yaşıl
tərəvəz suyu qəbul etməlisiniz.

İspanaq bir çox xəstəliklərin dərmanıdır. Həmdə, İspanaq iflic riskini azaldır.

Əvvəlki məqaləDəriyə quluq üsulları
Növbəti məqalədəFotoyaşlanma nədir?