Dəriyə quluq üsulları


Quru Dəri üçün

Yumurta sarisi,1qas bal,1qaş. bitki yağı, bunlari qarişdirib üzdə 15 dəq saxlamaq lazimdir.

2 x/q təzə kəsmik,1 x/q süd,və 1 x/q bal ilə qarışdirib üzə çəkilir,

1c/q qlesirin,1 c/q bal,aldiği qədərdə su,bunlari yaxşıca qarışdirib,həftədə 3 dəfə 20/25 deq üzde saxlamaq lazimdir.

1 x/q un,1 x/q qatiq,1x/q bal ,qarişdirib üzde 15/20 deq saxlamaq lazimdir,bu maska 30 yaşdan sonra edilməlidir.

1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

 

Yağlı dəri üçün maskalar:

1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.

Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.

Gəncləşdirici maskalar:

1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.

 

Dəri elastikliyi

Dərinin elastikliyini kollaqen təmin edir ki, bunun da əsas mənbəyi C vitaminidir.C vitamini əsasən çiyələk, naringi, limon, moruq, kivi və itburnunda olur.

 

Dərini təravətləndirmək üçün

Dərinin təravətli və parlaq olmağı əsasən E vitaminindən asılıdır. E vitamini bu qida məhsulların tərkibində olur: bitki yağları, yumurta, kələm, gilas, alma və armud tumları.

 

Sızanaqlara qarşı

Bunun üçün ilk növbədə soyuqdəymədən qorunmaq lazımdır. Qarpız, pomidor, qreypfrut, tomat pastasından tez-tez qəbul etmək lazımdır. Bundan əlavə qara çörəyi, düyünü, makaronu da yeməyinizdə daha çox edin.

 

 

Əllərə qulluq

1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.<!–sizec–> <!–/sizec–>

 

Ağardıcı maska

2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.

 

Qidalandırıcı maska

 

 2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.

   

Əvvəlki məqaləLimon suyunun faydaları
Növbəti məqalədəİspanaq iflic riskini azaldır