gözəllik

Makiyajı sildikdən sonra məsamələrdə qalan qalıntıları ev şəraitində hazırlayacağınız toniklə təmizləyə bilərsiniz. Bu hüceyrələrin itirdiyi parçaları bərpa etməyə yardımçı olacaq.

yaşıl çay məsamələrin böyüdüyünü, qara nöqtələrin artdığını, üzdəki hüceyrə balansının pozulduğunu hiss etdiyiniz an istifadə edə biləcəyiniz təbii vasitədir. Eyni özəlliklərə sahib nar suyu da cildi canlandırır.

Yaşıl çay günəş şüalarının cildə buraxdığı izləri, qırışları, iltihabı aradan qaldırarkən, nar suyu dərinin yaşlanma prosesini ləngidərək hüceyrələri yeniləyir.

Yaşıl çay və nar suyundan hazırlanan toniki təqdim edirik.

Tərkibi:

1/4 stəkan yaşıl çay

1/8 stəkan təmiz nar suyu

1/8 stəkan su

Hazırlanma qaydası:

Yaşıl çay dəmləyib soyudun. Nar suyunu adi su ilə qarışdırdıqdan sonra yaşıl çayı üzərinə əlavə edib, şüşə qabda saxlayın. İstifadə etməzdən əvvəl çalxalayın. Pambıq vasitəsi ilə üzünüzə tətbiq edin. Bu qarışımı 1 həftə soyuducuda saxlaya bilərsiniz. Hər hansı qızartı və ya ağrı hiss etdikdə istifadəni dayandırın.

Əvvəlki məqaləVaginal qaşınmanın səbəbləri
Növbəti məqalədəSüd vəzi xərçəngi haqqında 5 sual