qadın sağlamlığı

Lakin əgər qadının ana və ya ata tərəfindən eyni qan bağı qolundan birdən çox süd vəzisi xərçəngi olan yaxını var, bu artıq ciddi sinqnaldır. Bu vəziyyətdə ailənin qadınlarının uzun zaman boyunca xərçəngə səbəb olan xəstə geni daşıması ehtimalı mümkündür.

 

Ailəvi süd vəzisi xərçəngi, bütün süd vəzisi xərçəngləri arasında ancaq 5 % təşkil edir. Bu xəstə geni daşıyan ailələrdəki bütün qadınların qan analizləri ilə mövcud risklərinin qiymətləndirilməsi qoruyucu həkimlik baxımından önəmlidir.

Qısaca süd vəzisi xərçənglərinin kiçik bir hissəsi ailəvidir və əlbəttə irsi yolu ilə nəsildən nəslə keçir. Bu genetik keçidə yol açan genlərin tapılması nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisi xərçəngləri arasında yalnızca 5%-i ailədən keçir.

2. Kontraseptiv dərmanlar süd vəzisi xərçənginə səbəb olurmu?

Tədqiqatlar, kontraseptiv dərman istifadə edən qadınlarda, həyatında heç bir zaman istifadə etməyənlərlə müqayisə edildiyi zaman süd vəzisi xərçəngi riskinin bir az yüksəldiyini göstərmişdir. Ancaq bu risk dərmanın kəsilməsindən sonra dərhal azalır.

Son 10 il ərzində kontraseptiv dərman qəbul etməyən bir qadının riski normal səviyyəyə düşür. Kontraseptiv dərman istifadə etmək istəyən qadınların süd vəzisi xərçəngi baxımından digər riskləri də nəzərə alınmalı və dərmana başlamazdan əvvəl bu riskləri həkiminiz ilə birlikdə gözdən keçirməlidir.

3. Deodorantlar süd vəzisi xərçənginə səbəb olurmu?

Bu mövzuda zaman zaman mediada yazılar çıxmışdır.  İnternet dünyasında qoltuq altına vurulan deodorantların limfa dövranını pozaraq toksinlərin döşdə toplanmasına səbəb olması və süd vəzisi xərçənginə yol açması haqqında şayələr yayıldı. Bu xəbərə dəstək verən təcrübələr və ya statistika məlumatları yoxdur.

Yəni iddianın elmi bir mənbəyi yoxdur. Kiçik bir tədqiqatda bəzi deodorantların içindəki maddələrin çox zəif bir estrogen təsir göstərdiyi və bir qrup süd vəzisi xərçənginə inkişaf etdirici təsiri olduğu bildirilmişdir. Yenə də bu tədqiqatda süd vəzisi xərçənginə bu maddələrin səbəb olduğu tam olaraq göstərilə bilməmişdir. Bu bir ilk tədqiqatdır və üzərində daha çox iş tələb edir. Bunun əksinə, böyük qruplarda həyata keçirilən tədqiqatlarda süd vəzisi xərçəngi ilə deodorant istifadəsi və ya qoltuq altındakı tüklərin gigiyenası arasında hər hansı əlaqə tapılmamışdır.

4. Mammoqrafiyada nə qədər şüa alınır?

Mammoqrafiyada alınan şüanın miqdarı çox azdır, bir ağciyər tomoqrafiyası zamanı alınan şüa miqdarından daha azdır. Ona görə də müəyyən yaşdan sonra hər il çəkilməsi rahatlıqla məsləhət görülür.

Müəyyən yaşdan sonra çəkilməsinin iki səbəbi var. Süd vəzisi xərçəngi daha çox 40 yaşının üstündə rastlanır. Ona görə də profilaktika məqsədilə çəkilən mammoqrafiyalarda 40 yaş limiti qoyulmuşdur. İkinci səbəb isə gənc qadınların süd vəzisindəki toxuma sıxlığının yüksək olması ilə əlaqədar müayinənin həssasiyyətinin az olmasıdır. Ancaq lazımi hallarda hər yaşdakı qadına mammoqrafiya müayinəsi aparıla bilər, səhhət baxımından hər hansı problemə yol açmaz.

5. Qoltuq altındakı limfa vəziləri sadəcə xərçəng ilə əlaqədar olaraq böyüyür?

Qoltuq altındakı vəzilər sadəcə xərçəng ilə əlaqədar olaraq böyüməz, hər cür infeksiya (virus-bakteriya-göbələk), yaralanma, manikur, döş infeksiyası, döş abssesi və s. kimi bir çox hallarda böyüyə bilər. Xərçəngdən başqa hallar klinik olaraq vacib deyil.

1. Süd vəzisi xərçəngi irsidirmi?

Bir çox qadının ailə anamnezində qan bağı olan bir qohumunda süd vəzisi xərçəngi olmuş ola bilər. Bunların çoxu sadəcə təsadüfdir.

Əvvəlki məqaləDərinizi yaşıl çay və nar suyu ilə canlandırın
Növbəti məqalədəManikür etdirənlərin DİQQƏTİNƏ! – “Olduqca ziyanlıdır