qadın sağlamlığı

Vaginal qaşınma qadınlar arasında tez-tez ras gəlinən şikayətdir. Bir çox qadınlar bundan utanaraq həkimə müraciət etmir və bu problemi ev şəraitində “həll etməyə” çalışır.

Təbii ki, belə “müalicələr” effekt vermir və vəziyyət daha da ağırlaşır.

Qadınlarda vaginal qaşınmanın səbəbləri müxtəlif ola bilər:

 

1. Göbələk xəstəliyi (kandidoz)

Bu ən yayılmış səbəbdir. Kandidozun digər simptomları arasında: ağ ifrazatlarn artması, göynəmə. Cinsi əlaqədən sonra qaşınma və göynəmə daha da artır.

Nəzərinizə çatdıraq ki, bu simptomun əmələ gəlməsi şəkərli diabetin inkişafına da işarə edə bilər.

2. Trixomoniaz

Bu cinsi yolu ilə keçən infeksiyadır. Digər simptomlar: vaginada quruluq, yandırma hissi, ifrazatların köpüklü, sarı və ya yaşıl rəngdə, pis iyli olması.

Kişilərdə trixomoniaz bir çox hallarda özünü heç bir simptomla büruzə vermir. Lakin qadında trixomoniaz aşkar olunubsa, kişi də müalicə almalıdır.

3. Hormonal fonun dəyişilməsi

Klimaks zamanı qadınlarda estrogenlərin səviyyəsi kəskin düşür ki, bu da vaginada seliyin ifrazının azalmasına səbəb olur. Seliyin azalması nəticəsində vaginada quruluq, yandırma və qaşınma hissi yaranır. Xüsusilə bu simptomlar cinsi əlaqədən sonra meydana çıxır.

4. Uşaqlıq yolunun disbakteriozu

Uşaqlıq yolunda çoxlu sayda müxtəlif mikroorqanizmlər yaşayır. Onların bir hissəsi (laktobakteriyalar, Dederleyn çöpləri) faydalıdır, digərləri yox. Faydalı mikroorqanizmlərin çox olması burada ziyanlı mikrobların artmasının qarşısını alır. Bu nisbət pozulduqda (yəni faydalı bakteriyalar azaldıqda) ziyanlı bakteriyalar artmağa başlayır ki, bu da uşaqlıq yolunda disbakteriozun inkişafına gətirib çıxardır.

Disbakteriozun digər simptomları arasında: vaginada quruluq, çoxlu sarıtıl ifrazatlar, ifrazatların “balıq iyi”.

5. Allergiya

İntim gigiyena zamanı istifadə olunan gellər, digər vasitələr allergiyaya səbəb ola bilər. Bu zaman qaşınma allergiyanın simptomu kimi meydana çıxır.

Nadir hallarda olsa da qadınlarda spermaya qarşı da allergiya ola bilər.

Həmçinin qadında prezervativə qarşı allergiya ola bilər.

Beləliklə, gördüyünüz kimi vaginal qaşınmanın səbəbləri çoxdur və səbəbdən asılı olaraq yalnız həkim lazım olan müalicə təyin edə bilər.

Əvvəlki məqaləQadın bezlərinin təhlükəli tərəfləri
Növbəti məqalədəDərinizi yaşıl çay və nar suyu ilə canlandırın