idmanAmerikalı fitnes ustası Keyt Meyer evdə məşq etmək üçün 5 ən effektli idman hərəkətini göstərib.
Ən birinci bilmək lazımdır ki, isinmə hərəkətləri etmədən idmana başlamaq faydadan çox zərər verər.
Evdə idmanın ən rahat və faydalı növlərindən biri ip atlamadır. İp atlamasanız belə bir dəqiqə ərzində yerində 60 dəfə tullanmaq adrenalin ifrazını artırır.
Ayaq üstə dayanıb üzmə hərəkətləri etmək nəfəsalmanı düzgün tənzimləyir.
Yerində dayanıb bədəni 100 dəfə sağa-sola əymək, ayaqları tərpədmədən yalnız beli sağa-sola bacardığın qədər çox çevirmək bel çevrəsi və onurğa üçün faydalı məşqdir.
Yerə uzanıb ayaqları qaldırmaqla havada xəyali velosiped sürmək qarın və ayaq əzələlərini bərkidir.
Yerdə arxası üstə uzanıb düzgün nəfəs alıb verməklə mümkün qədər çox dartınırsınız. Daha sonra dizi üstə dayanıb “pişik əsnəməsi” hərəkəti edir və yenə mümkün qədər çox irəliyə doğru dartınırsınız. Bu hərəkəti 10 dəfə eləmək bədəni növbəti hərəkətlərə hazırlayır və istənilən məşqi asanlıqla yerinə yetirmək olur.

Əvvəlki məqaləManikür lampaları təhlükəlidirmi?
Növbəti məqalədəBuruq saçların insan beynində müsbət təsirləri açıqlandı