Aparılan araşdırmalara görə, 60% qadın menustrasiyanı ağrılı keçirir. Menstruasiya zamanı gündəlik işlərimizi belə görə bilmirik. Bu şiddətli ağrıları bəzi qidalar və üsullarla azaltmağımız mümkündür:

Menstruasiya sancısına nə yaxşı təsir edər?

– Hər şeydən əvvəl qarın bölgəsini isti saxlamaq lazımdır. Bunun üçün dəsmalı isidib gün ərzində qarnınızı isti saxlaya bilərsiniz.

–  İsti içkilər ağrılarınızın yüngülləşdirəcək. Ağrılarınızı azaltmaq üçün bitki çayları için.

– Hər zaman olduğu kimi də menustrasiya vaxtı da qəlyanaltılara önəm verin.

– Alt qarın bölgənizi ovuc içi və barmaq uclarınızla dairəvi hərəkətlərlə masaj edin. Bu da ağrınızı azaldacaq.

– Uzandığınız zaman ayaqlarınızın yastıq qoyaraq dincəlin.

– Zəif tempdə yürüyüş ağrınızı azaldacaq. Mütəmadi idman  artıq çəki ilə bərabər menustrasiya sancılarını azaldır.

– Menstruasiyadan qabaq sizi yoran hərəkətlər etməyin. Ağır və fiziki güc tələb edən işlər görməyin.

– E vitamini, Omega 3, kalsium və sink kimi minerallar menustrasiya sancılarını azaldır. Menustrasiya vaxtı və menustrasiyadan öncə bu vitaminlərdən bol qəbul edin. Bu da sancılarınızı azaldacaq.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləAğız qoxusu ilə mübarizə
Növbəti məqalədəUlduz fali 12 iyul