Dəri dartınmaları
Dəri dartınmaları

   

      90% hamilələrdə müxtəlif növ dəri dartınması olur. Dartınma qırmızı, dəri səthindən bir az qalxmış xətlərə deyilir.

  

      Hamiləlik zamanı baş verən hormonal dəyişikliklər və çəki artımı dəri dartınmasına gətirib çıxarır. Adətən hamiləlik zamanı dəri dartınmasına ən çox seluliti olan qadınlarda rast gəlmək olar.

   

    Dartınma – dərinin mikroxətərləri və toxumalar birləşməsinin zəifləməsidir.

    Bu kosmetik qüsur epidermisin elastik liflərinin qırılması nəticəsində inkişaf edir. Dərinin elastikliyi və möhkəmliyi azalır, dəri elə nazikləşir ki, yuxarı qatda yerləşən damarlar asanlıqla görsənir. Daxili kiçik lif qırılması zaman keçdikcə birləşdirici toxumalarla dolur.

   

    Əvvəl dartınma bənövşəyi-qırmızı, tədricən rəngini dəyişik zəif çəhrayı rəng alır, sonda isə ət rənginə qədər dəyişilir. Dartınma əsasən gündən qaralmış bədəndə daha çox nəzərə çarpır, belə ki, birləşdirici toxumanın piqmenti olmadığına görə dəri qaralmır.

    Çox zaman dartınma qarında, ombada, budda və döşlərdə olur.

  

     Hamiləlik zamanı dartınmanın profilaktikası:

   

    Profilaktik tədbirlərin əsas hissəsi dərinin elastikliyi və möhkəmliyini qorumaqdır. Bunun üçün düzgün qidalanmaq, müntəzəm masaj etmək, professional məlhəm və gellərdən istifadə etmək lazımdır. Normal sağlam çəkinin saxlanılması da bu profilaktikanan əsas meyarıdır, çünki qəfil kökəlmə və arıqlama da dəridə dartınmalar əmələ gətirir.

   

    Hamiləlik zamanı dərini və əzələləri dartınmadan qoruyan xüsusi büstqalter və bandajlardan istifadə məsləhət görülür. Döşün möhkəmliyini saxlamaq üçün (hamiləliyin 4-cü ayından) hamam dəsmalını soyuq suda isladıb döşü silmək və yaxud buz kubikləri ilə massaj etməli. Duş qəbul etdikdən sonra limon kəsiyi ilə döş vəzilərini sürtmək lazımdır. Çalışın hər gün bir neçə dəqiqə hava vannası alasınız. Hava vannaları dəriyə müsbət təsir göstərir.

  

     Hamilələrin çəki artımı çox təbiidir, lakin bu artımın tempini kontrol etmək lazımdır. Yadınızda saxlayın ki, dəri toxumalarını zədələmədən dartınmaya təbii meyllidir. Ancaq qəfil çəki dəyişikliyi dərinin çox dartılmasına səbəb ola bilər. Həkim tərəfindən təyin olunan vitamin və minerallı səmərəli qida, dərinizin elastikliyni qorumağa kömək edər.

   

    Əgər qarın, omba, büd hissədə qaşınma və təzyiq hiss edirsinizsə, bu dərinin dartınması haqqında xəbər verir. Məhz elə bu zaman keyfiyyətli məlhəm yaxud losyondan istifadə nəinki dartınmanı azaldar, həm də dərinin elastikliyini yaxşılaşdırar.

   

    Hamiləliyin 4-5 aylığından bədəninizi masaj etməyə başlayın. Hər gün dərinin problemli hissələrini böyük olmayan şotka və ya masaj əlcəyi ilə masaj edin. Masaj qan dövranını yaxşılaşdırır, qan axınının stimulə edir və bu da öz növbəsində dəri toxumalarının möhkəmlənməsinə gətirib çıxarır.

   

    Köhnə və rəngini itirmiş dartınmaları yox etmək, onun qarşısını almaqdan daha çətindir. Bu zaman ev şəraitində heç bir şey emək olmaz, başqa radikal ölçü götürmək lazımdır – mikrodermabraziya (dərinin xüsusi pilinqi). Eləcə də dartınmanı uzunmüddətli və ağrılı üsulla – cərrahi yolla (rezeksiya) yox etmək olar.

 

Əvvəlki məqaləYayda xəstəliklərdən qorunun
Növbəti məqalədəGələcək körpənin cinsinin planlaşdırılması