Gələcək körpənin cinsinin planlaşdırılması

Gələcək körpənin cinsinin planlaşdırılması
Onun gəlişini hamı gözləyir.
Hamı onun gəlişinə əsaslı şəkildə hazırlaşır, onu sevgiylə əhatə etmək, əzizləmək istəyir. Bəli hamı dünyaya gələcək sevimli uşağın ilk növbədə sağlam olmasını diləyir. Lakin bəzən valideynlər gələcək ailə üzvünün cinsini də bilmək istəyirlər. Bəs gələcək körpənin cinsini planlaşdırmaq mümkündürmü?

Qədim Çinlilər fikirləşirdilər ki, bu doğrudan da mümkündür.

Onların fikrincə payız, qış aylarında baş verən mayalanmadan oğlan, yaz və yaydakından isə qız uşağının doğulması ehtimalı daha yüksəkdir. Yaponlarda isə doğulacaq uşağın cinsinin təyin olunması üçün xüsusi cədvəl belə mövcuddur. Təəssüf ki, təcrübə bu üsulların o qədər də dəqiq olmadığını göstərir. Lakin körpənin hansı cinsə mənsub olacağını müəyyənləşdirmək üçün başqa üsullar da var.

Bu üsullardan biri cinsi əlaqə aktının tezliyinin tənzimlənməsinə əsaslanır.

Əgər gələcək körpənizin oğlan olmasını istəyirsizsə cinsi yaxınlığın mütəmadi və tez-tez olması vacibdir, əgər qız gözləyirsizsə, əksinə bir neçə həftə fiziki yaxınlıqdan çəkinmək yaxşı olar. Məlumdur ki, uşağın cinsi atanın X və ya Y xromosomuyla müəyyən olunur. Əgər ananın X xromosomuyla (yumurta hüceyrədə), atanın Y xromosomu (spermotozoiddə) birləşirsə, uşaq oğlan, ananın X xromosomuyla, atanın X xromosomu cəmləşirsə, körpə qız olacaq.

Ata uzun müddət cinsi əlaqədən çəkinirsə, onda sperma ifrazı dayanır

və orqanizmdə Y xromosomlara qarşı antitellər yaranmağa başlayır ki, bu da həmin Y xromosomları blokada edir. Nəticədə növbəti cinsi əlaqə zamanı valideynlərin hər ikisinin X xromosomlarının görüşmə ehtimalı daha çox olur. Bu üsulun dəqiqliyini həkimlər 60% civarında qiymətləndirirlər. Oğlan planlaşdırılması zamanı isə şanslar 70%-ə çatır.

Belə bir fikir də mövcuddur ki, gələcək körpənin cinsinin təyini valideynlərin qidalanmasından və xüsusi pəhriz rejimlərindən asılı ola bilər.

Əgər qız övladı dünyaya gətirmək istəyirsizsə, gündəlik qida rasionunuzda maqnezium və kalsiumla bol qidalara üstünlük verə bilərsiniz. Tərəvəzlərdən bu qrupa – kartof, çuğundur, xiyar, yer kökü həmçinin meyvələr (ərik, gavalı, banan, portağal istisna olmaqla) aiddir. Məsləhətdir ki, ət və duzlu balığa gündəlik menüdə az yer verilsin. Oğlan uşağını arzulayanlar isə əksinə daha çox kalium nə natrium içərən qidalara üstünlük verə bilərlər. Bura ət və kolbosa məhsulları, balıq, meyvələrdən banan, portağal, şaftalı və gilas aid ola bilər. Bu cür üsulun dəqiqliyi 50-55% civarında qiymətləndirilir..

Ümumiyyətlə gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi kimi implantasiyaönü perinatal diaqnostika hesab olunur.

Başqa sözlə süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermotozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn ailədə irsi xəstəlik (hemofiliya, talesemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.

Uşağın cinsinin təyini

Hamilə olduğunu öyrənən hər bir xoşbəxt ana yəqin ki, gələcək balacası barədə xəyallar qurmağa başlayır. Görəsən onun həyat hədiyyə edəcəyi uşaq kim olacaq? Həyatda nəyə nail olacaq? Nəhayən körpə oğlanmı olacaq, yoxsa qız? Bu sualların ən dəqiq cavabı əlbəttə körpə dünyaya gələndən sonra bilinəcək. Hal-hazırda gələcək körpənin cinsinin müəyyənləşdirilməsinin xeyli üsulları var.


Əvvəlki məqaləDəri dartınmaları
Növbəti məqalədəHəm çox ye, həm də arıq qal: bu, necə olur?