Dəfnə yarpağının faydaları…

Dəfnə yarpağının faydaları…
– Kosmetik məqsədlə istifadə edilən dəfnə yarpağının yağı antiseptik xüsusiyyətə malikdir.
– Dəfnə yarpağı ilə hazırlanan vannalar qadınlarda mensturasiya əvvəli olan gərginlik və ağrıya yaxşı təsir edir, revmatizm ağrılarını azaltmaq üçün də faydalıdır.
– Dəfnə yağı, dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən əldə edilir və bundan hazırlanan sabun saç və dəri  sağlamlığı üçün də çox faydalıdır.
Dəfnə yağı, yağ turşuları və əsasi yağlardan ibarətdir və çox güclü antioksidant, antiseptikdir.
– Revmatizm narahatlıqlarında massaj yağının tərkibində istifadə edilir. Sədəf və egzemada istifadə edilən bitki tərkibli kremlərin tərkibində də mövuddur. Dəfnə yarpağı spazmanı aradan qaldırır, ağrıları yüngülləşdirir.
– Dəfnədən hazırlanan  sabun saç diblərindəki məsamələri açır və saç dibindəki qabıqlanmanın qarşısını alır.
– Dəfnə yağlı sabunlar, dəri gözəlliyi üçün istifadə olunur, dəridəki məsamələri açır, dərini nəmləndirir.
– Hamilələrin istifadə etməsi məsləhət görülmür, allergik təsiri ola bilər.
– Zəhərli dəfnə növləri də mövcuddur, buna görə istifadə edilərkən hansı növünün olduğunu müəyyənləşdirmək lazımdır.
 Dəfnə yarpağının faydaları…
Əvvəlki məqaləZəhərli ayaqqabılardan qorunmaq üçün!
Növbəti məqalədəSuyun bilmədiyimiz faydaları…