Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldıBurnunun ucundakı sızanaqla mübarizə 19 yaşlı qızda beyin xəstəliyi yaradıb.

Məlumata görə, hadisə Çinin Çjetszyan əyalətində qeydə alınıb.

Sızanağı sıxdıqdan sonra qızın sağ göz nahiyəsi ağrımağa başlayıb. Bir neçə gündən sonra isə onun qızdırması qalxıb, gözü şişib.

Gənc qız kritik vəziyyətdə – 39 dərəcə temperatur və meningitin ilkin əlamətləri ilə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, onda göz yuvasının arxasındakı boşluqda kavernoz sinusun trombozu yaranıb.

İnfeksiya mənbəyi diş, qulaq, burun və ya sinus ola bilər. Ehtimal ki, sözügedən hadisə zamanı infeksiya sıxılmış sızanaq vasitəsi ilə daxil olub. Kavernoz sinus trombozu olan hər üçüncü xəstə ölür.

Qıza antibiotik kursu təyin olunub. Hazırda onun vəziyyəti stabildir, lakin müalicəsini xəstəxanada davam etdirir.

Əvvəlki məqaləQarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaq tövsiyələr
Növbəti məqalədəİnsanı ağrılardan xilas edən 7 MÖCÜZƏ