Zəhərli ayaqqabılardan qorunmaq üçün!

Son zamanlarda gündəmdən düşməyən mövzu; içərisində zəhərli kimyəvi maddələr olan ayaqqabıların ayaqlarımızda qalıcı sağlamlıq problemlərinə yol açması oldu. Bu ayaqqabılar ayaq sağlamlığımıza ciddi mənada ziyan edir.

Ayaqqabı və digər geyim əşyaları alarkən bunlara diqqət edin!
 1. Kimyəvi qoxu verən, tünd rəngli məhsullardan qaçının.
 
2.  Paltarları istifadə etməzdən əvvəl mütləq yuyun. Çünki, ıslandığında rəng verən, boyası axan tünd rəngli paltarların dəriylə təması təhlükəlidir.
 
3.  Xüsusilə, allergik quruluşa sahibsinizsə, məhsul seçimində daha diqqətli və şüurlu hərəkət edin.
 
4.  Məhsulun etiketi və ya kataloqunda xəbərdarlıqlar varsa, diqqət edin.
 
5.  Kimyəvi maddələr hər yaş üçün risk meydana gətirir, xüsusilə, uşaq və hamilə qadınlar üçün daha təhlükəli ola biləcəyindən seçim edəcəyiniz məhsullarda daha həssas davranın.
 
6.  Əgər diabet xəstəliyiniz varsa, ayaqlardakı qan dövranı pozğunluğu  səbəbiylə infeksiyalara meyilli olduğunuz üçün, ayaqqabı seçiminə çox daha diqqət edin.
 
7.  Bundan başqa, xroniki ürək, qaraciyər, böyrək, ağciyər, tiroid və diabet kimi metabolik xəstəliyiniz varsa, xüsusilə ayaqqabı, corab başda olmaq üzrə, digər bütün geyim və tekstil məhsullarında daha seçici olun, sağlam məhsulları seçim etməyə səy göstərin.
Əvvəlki məqaləÖpüşmək immunitet sistemini gücləndirir
Növbəti məqalədəDəfnə yarpağının faydaları…