Badamcıqlar, xüsusilə ilk gənclik və uşaqlıq çağlarında tez-tez şişər, iltihablanar və
toxuma pozulmaları yaşayarlar. Boğazın iki yanına yerləşmiş olan bu
strukturalar bədənin müdafiə etmə sistemində əhəmiyyətli bir dəstək vəzifə
daşıyırlar. Çünki badamcıqlar, strukturaları sayəsində tərkibinə mikrob yığaraq
bu mikrobların bədənə yayılmasının qarşısını alarlar.
İstər badamcıq iltihablanması, istər də digər badamcıq
problemləri tez-tez dərman qəbuluna dəvətnamə çıxardır. Dərman qəbulu mövzusunda həssas davranırsınızsa və dərman  qəbulunun sağlamlığı daha çox təhlükəyə atacağını
düşünürsünüzsə, sizə alternativ müalicələrdən başqa  əlac qalmır.
 Şəfalı bitkilərlə badamcıq müalicəsi mümkündür. Yaxşı qidalanma və hansı narahatlıqda, hansı təbii
üsula müraciət etməyin lazım olduğunu bilməniz işinizi asanlaşdıracaq.
 

Badamcıq narahatlıqlarını yaxşılaşdıracaq ən etibarlı 5 təbii üsul sırayla belədir. 
Badamcıq iltihablanmasının təbii müalicəsi:

 

Duzlu Su:
 Bir stəkan  ilıq
suya qarışdırdığınız, bir çay  qaşığı
duz ilə hazırlayacağınız məhlul  badamcıq
iltihablanmalarına və bu iltihablardan qaynaqlanan  ağrılara yaxşı gələ biləcək əhəmiyyəti bir təbii
müalicə üsuludur. Çünki duzlu ilıq suyun mikrob öldürücü bir xüsusiyyəti vardır.
Bununla yanaşı, bu hazırladığınız məhlul ağız içərisinin toxuma sıxılmağını artıraraq
badamcıqların mayesinin çölə çıxmasına səbəb olacaq. Bu vəziyyətdə badamcıqların
şişkinliyi enəcək və ağrı yüngülləşəcək.

 

İstifadəsi:
Bu hazırlanan bir stəkan maye gündə 5-6 dəfə ağıza alınaraq boğaza qədər
endirilib boğaz yaxşıca qarqara edilir. Qarqara suyu əsla  udulmamalı, dərhal çölə çıxardılıb tüpürülməlidir.
Qarqara əməliyyatı tez-tez edilməməlidir.Ən doğru 5-6 günlük istifadə edilməsidir.
 

 

Xam soğan suyu:
Soğanın antiseptik yəni mikrob  öldürücü  bir xüsusiyyəti vardır. Soğan suyunun badamcıq
iltihabını və badamcıq ağrısını sakitləşdirici xüsusiyyəti  çoxunuza məlumdur
.
Tərkibi: 

 

Bir baş soğan, bir stəkan ilıq su, bir çay qaşığı
duz.
Hazırlanması:

Bir stəkan su qaynadılır və  ilıqlaşdırılır. Bir baş soğan meyvə suyu
sıxacağında keçirilərək suyu əldə edilir. (siz soğanın suyunu digər
üsullarla də əldə edə bilərsiniz. Məs: Əzərək, doğrayaraq, duza qoyaraq, blenderdən
keçirərək  v.s. ) Hazırlanan bu iki tərkib,  bir-birinə ayrı bir qabda qarışdırılır üzərinə
bir çay qaşığı duz əlavə edilib yaxşıca  əriyənədək qarışdırılır.

 İstifadəsi:
 Gündə 5-6 dəfə boğaz yaxşıca qarqara edilir və maye içilmədən, çıxardılıb tüpürülür. Çox etməniz sizə zərər verə bilər.
Gündə 5-6 dəfə kifayətdir.
Boğaz ağrılarına qarşı təbii müalicə üsulları

 

Digər təbii müalicələr:
Yuxarıda qeyd edilən digər məhlullar nanə suyu, zəncəfil suyu və
ya alma sirkəsiylə edilən məhlullardır.
Bu şəkildə hazırlanacaq mayeləri bakterioloji xüsusiyyətləri:
Mikrobları öldürücü, boğaz və
badamcıq toxumasındakı şişliyi azaltmaq kimi vəzifələri vardır.

Əvvəlki məqaləDöş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)
Növbəti məqalədəDəmir əskikliyinə qarşı necə qidalanmalı?