Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

 

Həyatı boyunca qadının döşündə bir sərtlik fərq etməsi ya da ağrı inkişafı tez rastlan bir vəziyyətdir. Döşdə fərq edilən sərtliklər, kütlələrin və dəyişikliklərin böyük bir əksəriyyəti xərçəng deyil. Əgər xərçəngsə belə döş xərçəngi, ən asan təmizlənə bilən və erkən diaqnoz qoyulduqda həyat qurtaran bir xərçəng növüdür.

Döş xərçəngi nədir?

Döş, süd vəziləri və burada çıxarılan südü, döş başına daşıyan kanallardan meydana gələr. Bu
süd vəziləri və kanalları döşəyən hüceyrələrin, yuxarıda təyin
etdiyimiz şəkildə, nəzarət xarici olaraq çoxalmaları və bədənin müxtəlif
yerlərinə gedərək çoxalmağa davam etmələrinə döş xərçəngi deyilir.

Döş xərçəngi risk faktorları nədir?

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

Bəzi xüsusiyyətləri daşıyan qadınlarda, döş xərçənginin daha sıx görüldüyünü bilirik. Bu xüsusiyyətlərə risk faktorları deyirik. Bu risk faktorlarını daşıyan kəslərin, mütləq döş xərçənginə tutulacaqları deyilə bilməz. Yalnız, bu faktorları daşımayanlara görə, daha çox döş xərçənginə tutulma ehtimalları olduğunu bilirik. Bu faktorları daşımayan kəslər də məmə xərçənginə tutula bilər. Döş xərçənginə tutulan qadınların yarısı, bu risk faktorlarını heç daşımır. Bu səbəblə, risk faktorlarını daşımayan kəslər də adi müayinələrdən keçməlidirlər.

Döş xərçənginə tutulma riskini artıran faktorları qısaca bu şəkildə saya bilərik:

Yaş: İrəli yaş əhəmiyyətli bir risk faktorudur. Yeni döş xərçəngi diaqnozu qoyulan qadınların 70%-i, 50 yaş üzərindədir. Digər
bir deyimlə, yaşı 50 yaş üzərində olan qadınlarda döş xərçəngi görülmə
sıxlığı, yaşı 50 yaşın altında olan qadınlardan 4 qat daha çoxdur.
Bu
səbəblə, 50 yaş üzərindəki hər qadın, mütləq ildə bir dəfə həkimə baş
vuraraq müayinə olmalı və mamografi dediyimiz döş filmini
çəkdirməlisiniz.

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

 

Şəxsi döş xərçəngi hekayəsi:
Daha əvvəl döş xərçəngi keçirmiş və müalicə
olunmuş qadınlarda, digər döşdə xərçəngə inkişaf ehtimalı normal qadınlara
görə 3-4 qat daha çoxdur.

Ailədə
döş xərçəngi hekayəsi:

Ailə yaxınları arasında döş xərçənginə tutulmuş
qadınların, döş xərçənginə tutulma ehtimalı, digər qadınlara görə daha
çoxdur.
Məsələn: Bacısı və ya anası döş xərçənginə tutulan bir qadının, döş
xərçənginə tutulma riski, digər qadınlardan 2-5 qat daha çoxdur.
Bu qadınlar daha tez və diqqətli izlənilməlidir. Bu
şəkildə problemləri olan qadınlar, döş xərçəngi genetik
klinikalarına müraciət edərək risklərini
hesablatdırmaları lazımdır.
Əgər ailə keçid riski yüksək olarsa, genetik test etdirməlidirlər.

Daha əvvəl döş biopsisi edilmiş olması:

Döşdə bir kütlə səbəbi ilə biopsi edilmiş və xoşxassəli bir şiş müəyyən olunmuş ola bilər. Bəzi xərçəng olmayan yaxşı xassəli şişlərin olması, xərçəng inkişaf riskini dəyişik nisbətlərdə artıra bilməkdədir. Bu, şişin hüxeyrəvi quruluşuna görə dəyişər. Məsələn: Edilən bir biopsidə, çıxardılan kütlənin patoloji araşdırması
nəticəsində atipik hiperplazi diaqnozu qoyulmuş qadınlarda (bu tamamilə xoşxassəli bir şişdir), döş xərçənginin inkişaf nisbəti,normal
qadınlara görə daha çoxdur.

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

Fertil əsr müddəti:
Aybaşı(menstruasiya)görməyə erkən başlanması, menapoza gec girilməsi, Fertil əsri uzatmaqdadır.
Bu sırada qadın daha uzun müddət östrojen hormonunun təsiri altında qalmaqda, döş xərçəngi inkişaf riski artmaqdadır. Erkən menapoza girən qadınlarda hormon müalicəsi edilmirsə, döş xərçəngi riski əhəmiyyətli ölçüdə azalmaqdadır. Əlli yaşından sonra,aybaşı görməyə davam edən qadınlarda, döş xərçənginə tutulma riski az da olsa artmaqdadır.

Doğurqanlıq hekayəsi:
İlk uşağı doğma yaşı əhəmiyyətlidir.
İlk uşağını 30 yaşından sonra doğan qadınlarda, döş xərçəngi görülmə nisbəti ,20 yaşından əvvəl doğuranlara görə 2 qat çoxdur. Heç uşaq doğmayan qadınlarda risk azda olsa digərlərinə nisbətən yüksəlməkdədir.

Sosial-iqtisadi
səviyyənin yüksəkliyi:

Varlı, sosial-iqtisadi səviyyəsi yüksək olan
qadınlarda, döş xərçəngi görülmə nisbəti daha çoxdur.
Bu ailələrin qızları daha yaxşı qidalandığı üçün, daha erkən inkişaf etməkdə və erkən yaşda aybaşı görməyə başlamaqdadır. Ayrıca bu uşaqlar böyüdükləri zaman, təhsil və iş səbəbi ilə daha gec evlənir və daha gec uşaq sahibi olurlar. Bu səbəblərə bağlı olaraq, Fertil əsrin erkən başlaması, gec doğma kimi səbəblər, səbəb olaraq sayıla bilər. Ayrıca bunların xaricində başqa faktorlar da rol oynamaqdadır.

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

Östrojen
hormonu müalicəsi görənlər:

Menapoz səbəbi ilə uzun müddət östrojen
müalicəsi (10 ildən çox) görən qadınlarda, döş xərçəngi nisbəti
artmaqdadır.
Lakin, hormon müalicəsi almayan qadınlarda da, ürək xəstəliklərində və osteoporoz kimi problemlərdə artım ortaya çıxmaqdadır. Bu
səbəblə, menapoz şikayətlərinin azaldılması məqsədi ilə, östrojen
verilməsi məsləhət görülə bilər lakin, mütləq bir həkim nəzarəti altında edilməlidir.

Doğum idarə həbindən  istifadə:
Bu mövzuda fərqli görüşlər olmaqla birlikdə yüngül bir risk artımı olduğu irəli sürülməkdədir.
On il əvvəl doğum idarə həbini buraxmış olan qadınlarda isə, bu risk tamamilə ortadan qalxmaqdadır.

Spirtdən istifadə:
Çox spirt qəbul edən qadınlarda, qəbul etməyən qadınlara görə risk nisbətən artmaqdadır.
Gündə 3 stəkan yüksək dərəcəli spirt içən bir qadının döş xərçənginə tutulma riski, heç içməyən qadına görə 2 qat daha çoxdur. Spirt qəbulunun gündə bir qədəh ilə məhdudlaşdırılması təklif olunur.

Siqaret istifadəsi:
Siqaretin qəti bir təsiri göstərilə bilməmişdir.
Lakin, ümumi sağlamlığa təsirinə görə  tərgidilməsi təklif olunur.

Köklük
və yağlı qidalanma:

Bəzi işlərdə köklüyün, xüsusilə 50 yaş üzərindəki
qadınlarda döş xərçənginə tutulma riskinin artırdığı müşahidə
edilmişdir.
Xüsusilə,
doymuş yağların çox olduğu, yağlı ət kimi yeməklər və yağlı süd
məhsullarının çox qəbulunun bu riski artırdığı irəli sürülmüşdür.

Döş xərçənginin əlamətləri nələrdir?

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

 

Döş xərçəngində, döşdə bəzi dəyişikliklər meydana gələ bilər. Qadınlar, öz-özünü müayinə əsnasında buna diqqət yetirməlidir.

Döş məmə başında fərqlilik, döşün yanında ya da qoltuq altında bir kütlə və ya qalınlıq
Məmə başının həssaslığı
Döş məmə başının görünüşündə dəyişiklik
Döşün ölçüsündə və şəklində bir dəyişiklik
Məmə başının içə dönməsi
Döş dərisinin ya da ucunun pullu, qırmızı ya da şiş olması (portağal qabığı görünüşü)
 Məmə başı axıntısı.

Məmə başında özbaşına olan, tək tərəfli, qanlı və ya ağ rəngdə bir axıntı əhəmiyyətlidir. Bu vəziyyətdə dərhal həkimə müraciət edilməlidir. Bəzi qadınlar, məmə başını sıxaraq axıntı gəldiyini söyləməkdədirlər. Bunu tövsiyə etmirik. Fibrokistik döş dəyişikliyində məmə başında boz-yaşıl rəngdə bir axıntı ola bilər. Bu əhəmiyyətli bir əlamət deyil.
Hər nə qədər erkən döş xərçəngində kütlədən ötəri ağrı  olmasa da, döşdəki ağrı, və ya başqa bir əlamətin davam etməsi vəziyyətində həkimə müraciət edilməlidir. Əksəriyyətlə kütlə ilə birlikdə ağrı olması döşdə əmələ gələn kistalarla əlaqədardır.

 Mikrokalsifikasyon (əhənglənmə):
Mamografidə
kiçik bir-birinə bənzəməyən salxımlı əhənglənmələrin (mikrokalsifikasyon) görülməsi əhəmiyyətli bir tapıntı ola bilər. Bundan sonra nə etməli olduğunuza həkiminiz və radyoloji mütəxəssisi qərar verəcək.

P.S. Əslində çox geniş bir mövzudur çalışdım qısaca sizi məlumatlandıram.

Bütün qadınlarımıza sağlamlıq arzu edirəm,Rəbbim bütün xəstəliklərdən,ələxsusda çarəsi olmayan bəlalardan qorusun.Amin.

Əvvəlki məqaləMenstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?
Növbəti məqalədəBoğaz ağrılarına qarşı təbii müalicə üsulları