Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik? Aybaşı sancısı biz qadınların ortaq problemidir.Hər ayın bir neçə günü
qarın,bel və yumurtalıq bölgələrində çəkdiyimiz ağrılar,gündəlik həyatımıza da
təsir edir.
Bu ağrılardan qurtarmaq üçün ağrıkəsici qəbul etmək  bir yol olsa da,bu ağrıların öhdəsindən gəlmək  üçün təbii
üsullar da vardır.

 

Hər ayın bir neçə günü kabusa çevrilən aybaşı sancıları ilə mübarizə aparmağın ən təbii yolu bitkilərdən istifadə etməkdir.Ayıpəncəsi,çobanyastığı və adaçayı
bitkiləri aybaşı sancıları üçün faydalı bitkilərdir.Bu bitkiləri istər
qarışdırıb,istərsə də ayrı-ayrılıqda dəmləyib,içinə bir qaşıq bal qataraq içə
bilərsiniz.

 

 Soğan suyu

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?

Bir soğanı ayaqlayıb qabıqlı əzin, 1 litr suyun içinə qoyup qaynadın. Hazırlanmış
soğan suyundan 15 gün müddətincə  gündə 2
st. için. Tərəvəz  və meyvələri,
bitkileri yemək üçün hazırlayarkən əsla metal bıçaq istifadə etməyin.Mümkünsə kəsmədən
yeməyə çalışın.

 Zəfəran 

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik? 

Aybaşı sancısının qarşısını alan bir digər bitki də zəfərandır.Ancaq,aybaşı
sancılarının qarşısını almaq üçün zəfəranı necə istifadə etməlisiniz? Bir tutam zəfəranı bir fincan qədər suyun içərisinə atıb dəmləyin. Dəmlədikdən sonra bu bitki çayını için, içdikcə sancılarınızın get-gedə azaldığını görəcəksiniz. Zəfəranı balla qarışdıraraq içmək də həm afrodizyak, həm
də aybaşı qanının rahat axması xüsusiyyəti göstərməkdən əlavə, həm də ağrıkəsici
təsirə malikdir.

Sancı zamanı içə biləcəyiniz mayelər.

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?

 

Gənc  qızların kabusu olan aybaşı sancısı
zamanı  insan həssaslaşır ,gərginlik
keçirir. Əgər hər ay siz də bu problemləri yaşayırsınızsa,sancılarınız çox
olarsa ,

Prof. Dr. İbrahim Saraçoğludan praktik bir tövsiyyə:25-30 ədəd kölgədə  qurudulmuş albalı (gilas)saplağı,1 st. suyun
içinə atıb dəmləyin.Gün ərzində az-az için.

Bir başqa tövsiyyə isə-bir qabda
duru yağı (zeytun yağı daha yaxşı olar)dağ edin,sonra  50 qr. bəhməzin içinə qarışdırın,ola bildiyi
qədər isti
için.Sancınız bir neçə dəq.sonra kəsəcək.

Yenə bir st.südə çox miqdar şəkər
qarışdırıb,isti için.Bu da sancıları tez kəsəcək.

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?

 

Aybaşı sancılarını azaltmaq üçün yeyilməsi və yeyilməməsi
tövsiyyə edilən ərzaqlar.

Aybaşı qanaxmasından əvvəl baş ağrısı,qarında,döş ətrafında
şişkinlik kimi problemlər olursa,aybaşı vaxtına 1 həftə qalmış duzu azaltmaq
lazımdır.

Təbii sidikqovucu olan cəfəri,quşqonmaz kimi bitkilər bədəndə
olan ödəmin qarşısını alır.Aybaşı sancılarına qarşı fındıq,fıstıq, ət və balıq yeyilməlidir.

Az emaldan keçmiş ,təbii ərzaq məhsulları:

 

Meyvə,
tərəvəz  yemək lazımdır.
Düyü,kortof,yulaf kimi ərzaqlar,az yağlı ağ ət,paxlalılar,doymamış
yağ karbonları istehsal edən bitki mənşəli
yağlar,sağlam qidalanmanın təməlidir.Aybaşı 
dövründə buna xüsusi diqqət göstərmək
lazımdır.
 Aybaşı dövründə
şokolad,çox şəkərli,duzlu yeməklərdən uzaq durmaq vacibdir.Təbii istəyə görə qan
şəkərini  normada saxlamaq
lazımdır.Şokolad yeyərkən şəkər qalxır və sonra birdən düşür.Orqanizm bu qəfil artma
və düşməyə sərt reaksiya verir.

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?

 Aybaşı qabağı
narahatlıqlarınızı azaldan ərzaqlar.
Araşdırmalar,aybaşıdan əvvəl qidalanma proqramı ilə qida qıbulu narahatlıqların azalmasında çox təsirli olur.

vitamin:Ciyər,böyrək,yumurta sarısı,yaşıl yarpaqlı tərəvəzlərdə boldur.
Kalsium:Süd,balıq,günəbaxan,soya,lobya,yerfındığı,qozda mövcuddur.

Magnezium:Qarğıdalı,xurma, fındıq,cəfəri,alma,əncir,limon,portağal və unda çoxdur.

B
vitamini,kalsium və maqnezium tərkibli ərzaqlarla qidalanmaq,aybaşıqabağı azaldıla biləcəyini göstərir.

Menstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?

Həkimlər,təbii ağrıkəsici xüsusiyyətə malik  olduğundan banan yeməyi tövsiyyə edirlər,xüsusilə
də aybaşı dövründə.Yüksək miqdarda B6 vitamini ilə zəngin banan qadınların
aybaşı dövründə çəkdikləri sancıların çox azaldığını söyləyirlər.

 

Əvvəlki məqaləKörpələri zorla yedizdirməyin
Növbəti məqalədəDöş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)