Körpələri zorla yedizdirməyin

 

“Canımı boğazıma yığıb bu uşaq.Mən buna yemək yedirdə bilmirəm!”
“Buna bir tikə yemək yedizdirincəyədək anadan əmdiyim süd burnumdan gəlir”.

Belə şikayətləri gənc analardan tez-tez eşidirik. Valideynlər əksər hallarda anlamırlar ki, bu pis tərbiyənin nəticəsidir.
Valideynin narahatlığını anlamaq olar-o istəyir ki,körpə normal qidalansın və sağlam böyüsün.Ümumiyyətlə, körpələrin pis qidalanmasının səbəbi çoxdur.Onları müəyyən etmək üçün səbirli olmalı,balaca insancığaza diqqət və hörmətlə yanaşılmalıdır.

Körpələri zorla yedizdirməyin

 

Yeməkdən imtina-sağlamlıqda olan problemə işarədir.Təzəcə başlayan soyuqdəymə özünü bu cür biruzə verə bilər.Belə olan halda məhz yeməkdən imtina faydalıdır ki,orqanizm xəstəliyin öhdəsindən gələ bilsin.

Anadangəlmə iştah pozğunluğu,sonradan meydana çıxan iştahanın pozulması-yeməkdən tam imtina edilməsi…
Körpəni istənilən şəkildə yeməyə dəvət edəndə üsyan edir və hətta bəzən qusur.
Bu halda ixtisaslı həkimə müraciət mütləqdir.

 

Körpələri zorla yedizdirməyin

 

Ağız suyunun yetərincə ayrılmaması səbəbindən də ola bilir. Əsəbi körpələrdə yemək zamanı tez-tez o qədər ağız suyu ifraz olunur ki,quru yeməyi yeyə bilmirlər.Belə körpələrə duru yeməklər hazırlanmalıdır.
Əgər uşağınız prinsipcə sağlamdırsa,amma yemək zamanı şıltaqlıq edirsə,bir yeməkdən imtina edib başqasını tələb edirsə və ya yeməyin çoxu qabında qalırsa narahat olmayın ki, o az yeyir.İmkan verin ki,uşağın iştahası öz-özünə oyansın.Digər hərəkətləriniz-dilə tutmaq,yalvarmaq,üstünə qışqırmaq və s. onun iştahasını küsdürə bilər.

 

 

Narahat olursunuz ki, uşaq ac qalır. Naharlar arası ona nəsə yedizdirməyə cəhd etməyin.İmkan verin ki, uşaq özü necə istəyirsə elə də etsin. Bundan sonra onun iştahasının necə açılacağını özünüz görəcəksiniz.
Birdəfəyə uşağın qabağına bir neçə cür yemək qoymayın.Bir yeməyi yeyib qurtardıqdan sonra digərini təklif edin.
Öz aləminizdə konfet və ya hər hansı şirniyyatla uşağın iştahasın açmağa çalışırsınız.Elə bircə konfet kifayətdi ki, uşaq yeməkdən imtina etsin və davamını istəsin.

 

Körpələri zorla yedizdirməyin

 

Süfrə başında səhnələr quraşdırırsınız: “Yeməsən yeməyi pişiyə verəıcəyəm!” və ya “qonşunun uşağına verəcəyəm!”… ” Hə, mama qurban, bunu da “amm” elə!” və sairə…

Amma bunun əvəzinə uşağın qabağından yeməyi götürmək və özü istəyənə qədər gözləmək lazımdır.Heç bir canlı ac qalmaq istəməz!)))

Və nəhayət, uşağı evdə hazırlanmış yeməklərlə qidalandırmağa üstünlük verin.

 

Əvvəlki məqaləİnsanı gözəlləşdirən qidalar
Növbəti məqalədəMenstruasiya (aybaşı) sancılarını necə azalda bilərik?