Damar genişlənməsi statistikaya görə 17, 20 % qadınlarda olur. Bu xəstəliyə kişilərdə çox az rast gəlmək olar.
Əvvəlcə gəlin birgə varikozun nə demək olduğunu anlayaq.
İlk öncə anatomiyadan başlayaq.
Ayaqlarımıza qanı arteriya gətirir və ayaqlarda qan çox tez hərəkət edib ürəyə vurur. Kiçik damarlara yaxınlaşdıqda qanın hərəkəti yavaşayır və sonra yenidən damara yığılaraq ürəyə axır. Damarlarda klapanlar var. Bu klapanlar qanın geriyə axmasının qarşısını alır. Damarların divarları isə, hər zaman tonusda olur və bu qüvvə qanı ayaqdan ürəyə itələyir. Ayaqlarımızın əzələsidə qanın yaxşı işləməsində az rol oynamır. Bunun üçün də, eyni bir qaydada duranda ayaqlarımızı komfortlu hiss etməməyimiz təsadüfi deyil.
Damarlarda varikoz genişlənməsi zamanı, ayaqlarımızın əzələsi və damarlarımızın divarlarının tonusu çox aşağı olur. Qan ürəyə vurmaqdansa klapanlar arasında durur. Bununda nəticəsində damarlar genişlənir, dərinin üzərinə çıxır və damarlar öz elastikliyini itirir. Bu da şişkinliyə, ayaqlarda ağrılara, hüceyrələrin normal qidalanmasına mane olur.
Çox vaxt varikoz ayaqlarda olur, amma yoğun bağırsağn çıxışında ( babasil(hemorroy) ), yumurtalıqdada ( varikoçele ) rast gəlmək olur.

Varikozun əlamətləri.
Kiçik damarların dəri üzərində ulduzcuqlar kimi olması, damarların kobud şəkildə çıxması, şişkinlik – varikozun əlamətləridir. Həmçinin ayaqlarda ağırlıq və ağrı, əzələnin yığılması, göynəmə, qaşınma, diskomfort sizə bir siqnal olamlıdır.
Varikoz xəstəliyi çox vaxt oturaq və ya ayaq üstə çox qalmadan yaranır. Qadında hamiləlikdə və yüksək dabanlı ayaqqabı geyinəndədə varikoz əmələ gəlir.
Varikoz xəstəliyinin proflaktikası.
Ən gözəl proflaktika, hərəkətli həyat sürmək obrazıdır. Qaçın, velosiped sürün, üzgüçülüklə məşqul olun, piləkənlərlə yuxarı liftsiz qalxın.
Heç bir vaxt çox eyni qaydada oturmayın.
Çəkinizə diqqət edin. Artıq çəki varikozun əmələ gəlməsinə səbəb olur.
Çalışın ki, qəbz olamayasız. Xroniki qəbz çanağa olan təzyiqi artırır və bu da damarlara mənfi təsir göstərir.
Ayaqların masaji yalnız həkimin göstərişinə görə olamalıdır.
Hər gün 1,5 litirdən az maye içməyin. Mayenin azlığı qanın qatılaşmasına səbəb olur və buda hərəkəti zəiflədir.
Ağır fiziki işdən və yükdən qaçın.
Əvvəlki məqaləArıqlamağın sirləri
Növbəti məqalədəGözümüz niyə sulanır? – diqqət…