Tərəvəz, qırmızı ət, balıq, paxlalılar sağlamlığımız üçün qəbul  etməmiz lazım olan qidalardandır. Amma bunları qəbul  edərkən diqqət yetirməniz lazım olan ən əhəmiyyətli nüanslardan  biri uyğun bişirmə üsuludur. 
 Bəs ən sağlam bişirmə üsulları hansıdır, bilirsinizmi?

Ən sağlam bişirmə üsulları hansılardır?Sobada bişirmə

Çox az yağ əlavə olunaraq sobada bişirilən yeməklər həm kalori baxımından, həm də sağlamlıq baxımından çox faydalıdır. Balıq və ət yeməkləri  sobada az zeytunyağı, az su və tərəvəzlər ilə bişirilsə, həm kalori alışı azalacaq, həm də bişirmə sırasındakı qida elementləri və vitamin itkiləri ən aza   enəcək. Ayrıca ədviyyat qarışıqları əlavə edərək heç yağ əlavə etmədən bişirmə torbalarından faydalansanız, sobada çıtır – çıtır yumşaq toyuğunuz, həm  ləziz, həm də toyuq qızartmasına nisbətdə   yarı – yarıya  az yağlı olacaq.

Ən sağlam bişirmə üsulları hansılardır?

 

Qaynatma üsulu ilə bişirmə
Qaynatma üsulu da çox çox istifadə edilən bir bişirmə texnikasıdır. Qaynar və ya soyuq suya atılan qidalar bir müddət  qaynadıqdan sonra istilik azaldılaraq bişənə qədər vamda  qaynadılır. Burada diqqət yetirilməsi lazım olan nöqtə, qidanın  çox uzun müddət qaynadılıb çox istiliyə məruz qalmasıdır ki, bu zaman  vitamin və qida elementlərini itirir. Buna görə qaynayan suya qidanı atıb qısa müddətdə bişirmək ən doğru üsuldur.

Ən sağlam bişirmə üsulları hansılardır?

 

Buxarda bişirmə
Buxarda bişirmə, yeməklərin xüsusi qablarda suya dəymədən yalnız su buxarında bişirilməsi üsuludur. Xüsusilə tərəvəzlər üçün çox uyğun olan bu üsul ən sağlam bişirmə texnikasıdır. Az zamanda daha az istiliyə məruz qaldığı üçün qidalar C, A, E vitamini başda olmaqla  qida dəyərlərində itki ən aza  enir. Yeməyin tərkibindəki  nişastanın yumşalması, sellüloza, zülal və lifli quruluşun qırılması ilə yeməyin daha yumşaq hala gəlməsi təmin edilir. Qida zəhərlənməsinə yol aça biləcək bakteriyaları  yox edərək yeməyi etibarlı hala gətirər. Yeməyin keyfiyyətini, rəngini, ləzzətini və toxumasını artırır.  Qidalar asan həzm edilə bilir və diet yeməyi halına gətirir. 

Ən sağlam bişirmə üsulları hansılardır?

 

Quru qızartma üsulu
Kiçik və incə parçalanmış qidaların sürətlicə bişirilməsi üçün sıxlıqla istifadə edilən bir üsuldur. Yapışma etməyən tava istifadə edirsinizsə yağ əlavə etmənizə qətiliklə ehtiyac yoxdur. Ancaq belə bir tavanız yoxsa bir çay  qaşığı yağ əlavə edərək qızartma  əməliyyatını edə bilərsiniz. Davamlı qarışdırılaraq bişən qidalarda qidanın özsuyunun çölə çıxmasına  maneə törədilir və qidanın  elementlərinin mühafizəsi təmin edilir.
Canınızın sağlamlığı üçün bu üsullardan sizlər də faydalanın!
Əvvəlki məqaləNar suyu ürək dostudur
Növbəti məqalədəGəncliyinizə arxayın olmayın!