Gəncliyinizə arxayın olmayın!

 İsti ayların sona çatması ilə, günəşin altında keçən günlərin qazandırdığı canlı, bürünc bədənlər, yavaşyavaş rəngini itirməyə, donuq bir hala gəlməyə başlayır.

Çünki həyat qaynağı olan işığın, bu dəfə mənfi təsirləri ortaya çıxır. Yayın mənfi təsirlərinə məruz qalan dərimizə vaxtında müdaxilə edə bilmədiyimizdə isə, dərinin gənc qalmasını təmin edən elastin və kollagen zülalı zərər görür. Və dəri sürətlə yaşlanaraq, üzərində gözlə görünən ləkələnilmələr ortaya çıxır. 

Gəncliyinizə arxayın olmayın!

“İndi gəncəm, sonra özümü qoruyaram, yaşasın günəş!” deyənlər yanılırlar. Yaşınız neçə olursa-olsun dərinizi qorumanın və diqqətli qulluğun, uzun müddət gec yaşlanmağı təmin edəcəyini vurğulayan mütəxəssislər “Yaşla birlikdə hüceyrə dövrünün yavaşıması ilə, dərimizdə nazik qırışlar meydana gəlir və kollagen hər il 1% nisbətində azalır. Əgər erkən yaşlarda mənfi faktorlara qarşı tədbir alınmazsa, tədbir görülən bir dəri ilə müqayisədə, qulluq gğstərilməyən dəri daha çox və yaşına görə daha erkən qocalar”deyirlər.

Dərinizi nəmləndirməyə laqeyd yanaşmayın

Yay boyunca qıcıqlanan dərinizi, yaxşılaşdırmaq və qışa daha sağlam hazırlamaq üçün, dərinizi qurutmayan və köpürməyən krem formasında bir üz yuma məhsulu istifadə etmək lazımdır.

Yüngül turşu xarakterdə, nəmləndirici xüsusiyyəti olan bir tonik seçmənizin lazım olduğunu ifadə edən mütəxəssislər, yay sonunda dərini ölü hüceyrələrdən təmizləmək, işıltılı bir görünüşə qovuşmasını təmin etmək üçün, dərinin təbii tarazlığını pozmayacaq, pH balanslı eksfolyaedici bir məhlulla yüngülcə, həftədə 1-2 gün peeling etməyi təklif edir.
Digər tərəfdən, gecə yatmazdan əvvəl nəmləndirici maska tətbiq etmək və SPF 15 tərkibli bir günəş qoruyucusunu da qış boyu gündə bir neçə dəfə təkrarlayaraq istifadə etmək lazımdır.

Su içmək dərinizə sağlamlıq qatar

Gündəlik həyatımızda edəcəyimiz və dəyişdirə biləcəyimiz kiçik və sadə vərdişlər sayəsində də dərimizi qorumaq mümkündür. Gündə 8 stəkan su içmək, dərimizin daha sağlam olmasını təmin edir. Yediklərimizə də diqqət yetirməmiz lazım olduğunu ifadə edən kosmetoloqlar, antioksidant tərkibi zəngin, sadə karbonhidratlı yeməklər qəbul etməyinizi təklif edir. Omega 3-ün dərimizə olduqca müsbət təsirləri olduğunu ifadə edən kosmetoloqlar, yağlı balıqlar və qoz yeməkdən əlavə, həkimlə məsləhətləşərək omeqa-3 profilaktikası almanızı da vurğulayırlar.

Daha gənc sağlam bir dəri üçün kliniki dəstək alın

Dərinizə edəcəyiniz xaricdən və ya daxildən tədbirlərdən əlavə, sahəsində professional olan bir klinikanın dəstəyi ilə tətbiq olunacaq PRP, mezolift, dermapen və BBL ilə, yayın bütün mənfi təsirlərindən bir neçə seansla təmizlənmək mümkün olar. Xüsusilə PRP, mezolift, dermapen üçlüyünün dərini zədələməyən, dost üsullar olduğunu ifadə edən kosmetoloqlar, çox narahatlıq verici olmadığı üçün həssas dərilərdə də tətbiq oluna biləcəyini söyləyirlər.
Əvvəlki məqaləƏn sağlam bişirmə üsulları hansılardır?
Növbəti məqalədəYumurtalıq xərçənginə qarşı yaşıl çay için