Gözlər qəlbin aynasıdır - Gözlər nə vaxt yorulur və yorğunluğu aradan qaldıran faydalı vərdiş

Gün ərzində gərgin iş rejimindən sonra bütün orqanizmimiz kimi, gözlərimiz də yorulur. Bu yorğunluq özünü müxtəlif formalarda – qaralmalar, torba, şişkinlik, qızartılar – halında göstərir. Yaranan bu problemləri aradan qaldırmaq üçün də, müxtəlif vasitələri sınayırıq. Amma bu dəfə sizin üçün gözlərin nə zaman yorulması və onu necə aradan qaldırmaq haqqında kiçik araşdırma etdik. Gözlərinizin nə zaman yorulması, nədən yorulması və bu problemi düzgün şəkildə necə aradan qaldırmalısınız yönündə faydalanmaq istəsəniz yazının davamına göz atın.

Əgər gözləriniz yorğunluqdan qaralıbsa birinci bu qaralmanın növünü müəyyən edin

Gözlərinizin daxili küncündən baş barmağınızla orbital şəkildə hərəkət edin. Barmağınızı çəkəndə qaraltı olan hissədə dərinizin rəngində sarıya doğru rəng dəyişikliyi olarsa, deməli, bu problemi asanlıqla həll etmək mümkündür. Yox, əgər barmağınızı çəkdikdə qaraltı olan hissədə dərinizin rəngi daha da tündləşərsə, bu qaraltı təkcə yorğunluqla deyil, həm də, genetik bir faktorla əlaqəli ola bilər. Belə olduqda bu qaraltıları aradan qaldırmaq üçün xüsusi maskalardan istifadə etmək əvəzinə, asan yola qaçıb gözaltı korrektorlarla gizlətməyə çalışırıq. İlk növbədə tünd rəngli (qara, göy, tünd bənövşəyi) tenlərinizi bir kənara qoyun.  Göz altında tünd dairələri azaltmaq üçün gözlər üçün mikro dövran təbliğ  edən  alətlərdən istifadə edin.

Gözlər qəlbin aynasıdır - Gözlər nə vaxt yorulur və yorğunluğu aradan qaldıran faydalı vərdiş

Gözlərimin altında şişkinlik var

Bu həssas bölgənin ehtiyaclarını qarşılamaq üçün makiyajınızı silərkən gözaltı makiyajınızı xüsusi vasitələrlə silməyə diqqət edin. Vaxtından əvvəl qırışların qarşısını almaq üçün gözaltı dərinizi yükləməyin. Gözaltı makitajınızı yağlı vasitələrlə silməyin. Bu vasitələr şişkinliyi aradan qaldırmaq əvəzinə, onu daha da artıracaq.

Gözaltına qulluq etdikdən sonra gözaltındakı orbital sümüyü əlinizlə incə şəkildə basın, bir neçə saniyə barmaqlarınızı belə saxlayın. Bu hərəkət şişkinliyi azaltmağa sizə kömək edəcək.

Faydalı vərdiş

Gərginliyi azaltmaq və gözünüzə parlaqlıq vermək üçün mütəmadi olaraq göz üçün olan gimnastikaları etməkdə fayda var.

1. Gözlərinizi bağlayın. Göz qapaqlarınızın üzərinə şəhadət, orta və adsız barmaqlarınızı qoyun. Birinci saat əqrəbi istiqamətində, daha sonra isə saat əqrəbinin əksinə dairəvi hərəkətlər edin. Bu, gözlərinizi rahatladacaq və göz ətrafındakı dərinizdə qan dövranını stimullaşdırmaq üçün sizə imkan verəcək.

2. Ovucunuzu gözlərinizin üzərinə qoyun. Əvvəlcə saat əqrəbi istiqamətinə, daha sonra isə saat əqrəbinin əksinə dairəvi hərəkətlər edin.

3. 3 barmağınızın ucu ilə göz qapaqlarınızı yavaşca dairəvi hərəkətlərlə masaj edin. Bu gözlərinizin stressini azaldacaq.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləArmud ilə desert “Plombir”
Növbəti məqalədəYüngül yay yeməkləri