Latınca punica granatum olaraq bilinən nar, yaz aylarında sərin meyvə suyu olaraq, sağlamlıq baxımından da xüsusilə qışda istehlak edilməsi lazım olan bir meyvədir. Eyni zamanda təbii antibiotikdir. Çünki immunitet sistemini gücləndirərək bir çox xəstəlikdən qoruyur. Ehtiva etdiyi bəzi maddələr sayəsində xolesterol və şəkəri tarazlayır, ürək sağlamlığını qoruyur, xərçəng hüceyrələrinin inkişafına maneə törədir. Bədənin müdafiə sistemini güzləndirir. Dənə olaraq istehlak edildiyi kimi suyu da sıxılıb içilə bilən narın dəri xərçənginə və prostat xərçənginə qarşı qorucuyucu təsiri var. Narın, enerji verici və təzyiq salıcı xüsusiyyətləri var. İshala qarşı istifadə edilə bilən nar, eyni zamanda bağırsaq paraziti olan tenyaları yox etmək üçün çox təsirlidir. Mövsümündə suyu sıxılaraq, salatlara sous olaraq istifadə edilərək nəfs bir dad və rəng verir. Nar kalium və dəmir baxımından çox zəngindir və C vitamini anbarıdır. Qüvvətli bir antioksidan olan narın əhəmiyyətli xüsusiyyətlərindən biri də ümumi damar sağlamlığını, xüsusilə də ürəyi qorumasıdır. Mütəxəssislər, narın damar tutulmalarının yüzdə 44 nisbətində gerilətdiyini söyləyir.
Narın damar sərtliyinə qarşı güclü təsirinin olduğu elmi işlərlə göstərilmişdir. Araşdırmalarda, nar suyunun qırmızı şərab və yaşıl çaya nisbətən üç qat daha güclü antioksidan təsirə sahib olduğu tapıldı. Antioksidanların oksidlənməyi önlədiyi bilinir. Bunu bədənimizdəki bəzi fermentləri artırıb müdafiə mexanizmamızı daha da gücləndirərək edərlər. Qabığının güclü virus və mikrob öldürücü xüsusiyyəti var. Nar çiçəyi, Hindististanda şəkər xəstəliyi üçün istifadə edilir.
 
 
Nar suyunun faydaları:
 
 
Təzyiqi salar, ürəyi qoruyar.
 
 İnsanı infeksiyalara qarşı qoruyar.
 
Damar sağlamlığını qoruyar.
 
Qanı artırar, enerji verər.
 
İmmunitet sistemini gücləndirər.
 
 Mikrob öldürücü təsirə malikdir.
 
 Xolesterol və şəkəri tarazlayır.
 
 Bağırsaq parazitlərinin düşmənidir.
 
İshala qarşı yaxşı gəlir.
 
Nar suyu ürək dostudur
Əvvəlki məqaləMətbəxdə hər qadının bilməsi lazım olan incəliklər
Növbəti məqalədəƏn sağlam bişirmə üsulları hansılardır?