Mətbəxdə hər qadının bilməsi lazım olan incəliklər

* Yemək bişirmək çox asan kimi görünsə də, daha ləziz olması üçün bəzi incə nöqtələri var və bu incəlikləri hər qadının bilməsi faydalıdır.

Qara çayın daha ləzzətli olması üçün soyuq su ilə yumaq və yaxşıca qaynamış içmə suyu ilə dəmləmək lazımdır. Əgər varsa farfor dəmlik istifadə etmək məsləhətdir.

*  Məsələn, daha xoş bir ətir verməsi üçün dəmliyin içinə bir dilim portağal qabığı və fincana da bir mixək ya da gül ləçəyi atmaq daha da ləzzət verəcək. Mixək həm ləzzət, həm də sağlamlıq baxımından əhəmiyyətlidir, çünki mixək bədən ağrılarına yaxşı təsir edir, mikrobları öldürür və xüsusilə ağız və boğaz infeksiyasından qoruyur.

*  Plov hazırlayarkən, qazanın içinə bir neçə damcı limon suyu damcıladın və bir ədəd kub şəkər (qənd) atın. Limon, düyünün rənginin daha ağ olmasını təmin edir. Şəkər isə düyünün xoşagəlməz dadını götürür.

* Tərəvəz yeməklərini, bir buğum qaynatdıqdan sonra zəif odda və susuz olaraq bişirin. Qazanın qapağını açmamağa diqqət edin və əgər qarışdırmaq lazımdırsa qazanı silkələyin. O zaman tərəvəzlər daha yaşıl qalır və vitamin dəyərini itirmir.

Əti bişirmədən əvvəl mütləq iki gün soyuducuda saxlayın. Əgər basdırma edərək hazırlayacaqsınızsa o zaman zeytun yağı, bir az şəkər (şəkər yumşaldır), 2-3 diş sarımsaq, dəfnə yarpağı, dənəvər qara bibər, bir az süd və ya qatığı çalıb, bu qarışığı ətlə qarışdırın və bu şəkildə gözlədin. Qızartmada ətlər həm daha asan bişir, həm də yumşaq və ləziz olur.


Əgər sobada toyuq bişirəcəksinizsə, toyuğun üzərinə (nar kimi qızarsın və qıpqırmızı olsun deyə) limon sürtün.

*  Şirniyyatları 170 C dərəcə isidilmiş sobada bişirin və sobanın qapağını çox açmamağa diqqət edin. Əgər keks bişirirsinizsə və davamlı qapağını açsanız qabarmazlar.

*
Şirniyyatlarda bişirmə üsulları çox əhəmiyyətlidir. Məsələn bəzi şirniyyatların şərbətləri soyuq, bəzilərininki ilıq və ya isti olmaq məcburiyyətindədir. Əks təqdirdə şirniyyat, şərbəti çəkməz və bərk qalar.

Yeməkdə, kalori hesablamalarına diqqət etmək lazımdır. Məsələn, əti, plov və ya makaron yerinə tərəvəz ilə istehlak etmək və ət ilə birlikdə ayran içməmək lazımdır. Çünki o zaman ətin verdiyi zülalı bədən sora bilmir.

*  Aclıq hiss etdiyiniz zaman yenə xiyar, 3 dənə ərik və ya əncir ilə aclıq hissini basdırmaq lazımdır. Bizim səhvimiz, sevdiyimiz şeyi, patlayana qədər yeməyimiz, bir qaşıqla kifayətlənməməyimizdir.

* Hər qadının evində olması lazım olan qayda var, menyuda küftə varsa, yanında qaynadılmış tərəvəz də olmalıdır. Makaronu daha çox tərəvəzlə etməyə səy göstərin.

Əvvəlki məqaləPopkorn faydalıdır?- Mütəxəssis açıqlaması
Növbəti məqalədəNar suyu ürək dostudur