Yumurtanın maraqlı faydaları…Yumurtanın sağlamlıq üçün faydaları nələr bilirsinizmi?




  Yayda yumurta yemənin zərərli olduğu kimi ümumi bir düşüncə vardır. Buna görə çox insan “Qaraciyərimə zərər verər” qorxusuyla yayda yumurta yeməkdən qaçınar. Halbuki yumurtanın zərərli olmadığı sübut edilmişdir.
 
Budur yumurtanın maraqlı faydaları…

Sarısı beyni inkişaf etdirər B vitaminləri, sinir sisteminin və beynin inkişafı və sağlamlığı üçün imtina edilməzdir. Yumurta sarısı isə B vitaminləri baxımından çox zəngin və keyfiyyətli bir qaynaqdır. B vitaminləri körpənin beyin və sinir sistemi inkişafına da birbaşa təsir etdiyi üçün hamilə qadınların kifayət qədər B vitamini almağa xüsusilə diqqət etmələri lazımlıdır.

  Keyfiyyətli bir zülal qaynağıdır Yumurtanın içindəki zülalların hamısı bədənimiz tərəfindən sovrulub istifadə edilə bilər. Ayrıca yumurtanın ehtiva etdiyi zülallar tam zülalların; Yəni parçalandıqları zaman bədənimizin ehtiyac duyduğu bütün  turşuları təmin edərlər. 


  Yayda da yumurta yeyilir yayda yumurta yemək zərərlidir, fikirlərinin yayılmasında iki faktor təsirli olmuş ola bilər. Birincisi yumurtaların yayda daha asan xarab olması və buna görə insanları xəstə etməsi ehtimalıdır. Ancaq uyğun şərtlərdə yaxşı saxlanmış təzə yumurtalar üçün belə bir risk söz mövzusu deyil. Yumurta qaraciyəri, zülal baxımından zəngin olan başqa yeməklərdən daha çox yormaz. Ancaq sizin yumurtaya allergiyanız varsa və ya yumurtaya allergik reaksiya göstərmə meylində olan bir bədəniniz varsa, həddindən artıq miqdarda yumurta istehlakı bu vəziyyətləri daha da irəlilədə bilər. Belə bir vəziyyətiniz yoxsa, məqbul miqdarlarda yumurta istehlakı bədəninizə bir zərər verməyəcək .
 
Əvvəlki məqaləSiqaretin zərərləri
Növbəti məqalədəPreterm doğum nədir və səbəbləri